Nurlu, işıqlı olurBağdadın gecələri,Çox yaraşıqlı olurBağdadın gecələri.

Qaranlıq çökən zamanAlverçilər yatırlar.Səhər, neylon, şal, ipək,Bir də vicdan satırlar.

İnsanın uzaqlaraGedir burada ağlı.Elə bil Harun RəşidOturub öz taxtında;“Min bir gecə” nağılıDanışır ərəb qızı,Bu nağıla bağlıdırOnun tale ulduzu.Danışır o, şad deyil...Yox, doğru yazmayıram,Bağdad o Bağdad deyil.Həqiqətə gəlincə,Elə bu sakit gecəMədh edərkən azançıMinarədən Allahı,Qurban gedir gülləyəBir mərd ərəb fəllahı.Məcnun köçür, vaveylaQoparır evdə Leyla...Fəğanlı, ahlı olur...Bağdadın gecələriBəzən günahlı olur.Bağdadın gecələri.

Bağdadda gənclər edirUlduzlara tamaşa.Bəlkə onlar bu gecəXurmalıqda baş-başaVerib, doğma İraqınŞəhərindən danışır.Bu aylı gecələrinSəhərindən danışır?!

Danışır çilçıraqlıBağdad gecələrindən,Ərəblərin həqiqiAzad gecələrindən...Bağdad, aprel, 1960

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов