Durnalar, ay durnalar!Salıb haray durnalar,Ötüb həzin, keçirsiniz,Bu göl xoş gəlməyəndə,

O çeşmədən içirsiniz.Dilənsə də əlimdə saz,Qan içənlər duymayırlar.Tənə vurur hər yaramaz,Öz xoşuma qoymayırlar.Vəsf etdikcə gözəlləriKüfr deyə lənətlənirFüzulinin qəzəlləri.Durnalar, həzin durnalar,Dolanın, gəzin, durnalar!Mən də quşlar yatağıyam,Çəmənzaram, gül bağıyam,Ötən şeyda bülbülüm var,Ətir saçan tər gülüm var.Var turacım, torağayım,Amansızdır, lakin həyat,Bilinməyir haqq-sayım.Yaralıdır, axır qanı,Ovçu vurdu turacımı,Ancaq yenə insanlardaMən görürəm əlacımı.Dünyanın var əzab doluEnişləri, yoxuşları.Şeirlərim həyatımınPərvazlanan bu quşlarıƏminəm ki, uzun zamanGöydə qanad açacaqdır;Siz uçmayan mənzillərəŞerlərim uçacaqdır.Füzuliyəm, a durnalar,Ah-nalə qoparmıram.Uçursunuz, uçun, sizəHeç də həsəd aparmıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе