Səhər gəzib göy çəməniAxtaranda gözüm səni,Qınamasın nadan məniÜç gündən bir, beş gündən bir.

Nədən aşiq bihuş ola?Könül istər bir quş ola,Pəncərənə qonmuş olaÜç gündən bir, beş gündən bir.

Şumal boya qurban olum,Gül üzünə heyran olum,Yara əziz mehman olumÜç gündən bir, beş gündən bir.

Qaya dibi sərin olur,Göy dəryalar dərin olur.Yar busəsi şirin olurÜç gündən bir, beş gündən bir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви