Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!Fikrim sarayını dolaşırsan zaman-zaman,Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən!Baxdıqca həsrət ilə o solğun camalına,Çeşmimdə tar görsənir aləm, vətən, vətən!Axşam-səhər o gül üzünü isladan nədir?Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!Dəhşət içində cismi-şərifin donub durur,Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,Möhnət evi sanır onu adəm, vətən, vətən!Sənsən səbəb bəqayi-dilü cani-natəvanCanım kimi nolar səni sevsəm, vətən, vətən!Gördükcə dərdini əriyir cismi-natəvan,Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!Qarşımda dərd, matəmə batmış gözəl mələk,Səslər həzin səda ilə hərdəm: vətən, vətən!Ey xaki-pak, söndümü parlaq ziyaların?Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?Övladi-naxələfmi səni saldı bu günə?Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!Aç, aç o qəmli köksünü, ey məxzəni-məlal,Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе