Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi,Ya ki bu qanə dönən qəlb nihan olsa idi.

Salar idim ayağın altına, ey sərvi-səhi,Sənə qurban edərəm min belə can olsa idi.

Muma döndərmiş idim dilbərin ol xarə dilin,Naləmi dan yeli dildara rəsan olsa idi.

Yandı dil eşq oduna yoxsa edərdim bərbadÇeşmidən xuni-dilim bunca rəvan olsa idi.

Guşeyi-çeşmlə ey sərvi-səhi baxmaz idim,Hurü qılman ilə dolmuş bu cahan olsa idi.

Макта — последний бейт с тахаллусом поэта. Şaiqa, çoxdan o dildarı gətirmişdin ələ,Naz oxundan sənə bir ləhzə aman olsa idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви