Səhər-səhər pəncərədənŞəfəq gülümsədi birdən.İşıqlandı dəhliz, otaq,Baxıb buna ruhlanaraq,Sordum: – Şəfəq, nə var yenə?Bir sözünmü vardır mənə?Şəfəq dedi: – Bu gün maydır,Yaz fəslində gözəl aydır.Elin şənlik əyyamıdır,Zəhmət, hünər bayramıdır.

Mən vurğunam güllü yaza,Çıxdım kiçik bağçamıza.Gördüm coşur qaranquşlar.Səslərində şənlik, sevinc.Dedim: – Əziz quşlar, nə var,Qaranquşlar etdi: “vic-vic”;Dedilər ki: – Bu gün maydır,Yaz fəslində gözəl aydır.Elin şənlik əyyamıdır,Zəhmət, hünər bayramıdır.

Küçələri seyrə çıxdım.Dolaşdıqca addım-addım,Hər tərəfdə büsat gördüm,Könül açan həyat gördüm.Əllərində al bayraqlar,Dəstə-dəstə şən uşaqlarGedirdilər nizam ilə,Tükənməz bir ilham iləDeyirdilər: – Bu gün maydır,Yaz fəslində gözəl aydır.Elin şənlik əyyamıdır,Zəhmət, hünər bayramıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов