Vardır başımda şurişü qovğası dilbərin,Çıxmaz yadımdan ol qədi-rənası dilbərin.

Bənd-bənd kəsərsə cismimi, uf söyləməz dilim,Rəncidə olmasın dili-xarası dilbərin.

Zahid, nəsihət etmə mənə sən əbəs yerə,Çıxmaz başımdan eşq ilə sevdası dilbərin.

Can alsa da nə bak, o məxmur gözləri,Var zində etməyə dəmi-İsası dilbərin.

Sanma ki, tifldir, nə bilir rəsmi-eşqü-naz,Hər elmü fəndə var yədi-beyzası dilbərin.

Макта — последний бейт с тахаллусом поэта. Can nəqdini əlində tutub Şaiqi-həzin,Qurban edər əgər ola iması dilbərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви