Açılmamış bir kitabdır hər insan ömrü,Hər baharın bir məhəbbət macərası var.Yazılmamış bir hesabdır hər insan ömrü,Hər gecənin, hər gündüzün bir mənası var.

Boş keçməyir, düşündükcə, ömrün hər dəmi,Yazılmamış bir dastandır könül aləmi,Məhəbbətin fərəhlidir sevinci, qəmi,Hər duyğunun, hər arzunun bir səfası var.

Kim çağırdı ürəkləri eşqə, həvəsə,Bülbül nədən gül eşqiylə verir səs-səsə?İnsan qəlbi çox möhtacdır isti nəfəsə –Desələr də məhəbbətin min cəfası var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви