İnsanı həyatda gözəl eləyənƏməkdir, əzizim, hər şeydən əvvəl.Heç sənə bərabər ola bilərmiMənasız, məzmunsuz, avara gözəl?!

Pambıq çöllərində, dəzgah dalındaFaydalı iş görən insan gözəldir.Qadınları çəkic və qələm tutanİşıqlı və aydın cahan gözəldir.

Yüksək mədəniyyət kürsüləri də,Uşaq böyütmək də sənə yaraşır.Qalmazsan qardaşdan, dostdan geridə,Coşqun həvəsin var, qaynayıb daşır.

Həyatın hər üzü sənə bəllidir,Şanlı cərgələrə vardır öz yerin.Eşqin könüllərdə min təsəllidir,Əməklə gözəldir sənin əllərin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов