Qalxdıqca yuxarı dağ yollarıylaİnsanın ürəyi fərəhlə dolur,Döşündə buz kimi bulaqlar axanDağların səfası nə gözəl olur.

Çağırır yamacda çiçək çiçəyi,Yaşıl çəmənlərin gözəl çiçəyiSalanda başına əlvan ləçəyiBu xoş mənzərəyə könül vurulur.

Dağların yüz donu, yüz libası var,İnsana can verən xoş havası var.Qışda çovğun olub töküləndə qar,Narın çiçəklərin al rəngi solur.

Əsməsin dağlarda xəzan yelləri,Sinəsi həmişə güllü yaz olsun.Sərin bulaqların əziz qonağıMey-məzəli dostlar, bir də saz olsun.

Dost gəlib su içsin buz bulaqlardan,Bizdən ayrı düşsün qoy acı hicran.Bu dağ yollarıyla yüksəlib qalxanXoşbəxt ömür sürən oğlan, qız olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе