Yüz il ömr eləsə qartal dünyada,Unut birdəfəlik, onu anma sən.Vaxtsız yorulmasa daşda, qayada,Heç vaxt pələngi də pələng sanma sən.

Şimşək tez sönməsə, o şimşək deyil,Qış qarsız keçəndə, qış demək olmaz.Ürək alışmasa, o ürək deyil,Ağarmayan başa baş demək olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов