(Zarafatyana)

Gözəllər, söyləyin bu necə işdi,Qiyməti şöhrətə, ada verdiniz?Kədəri yaxının üstünə atıb,Sevinci aparıb yada verdiniz?

Hər saxta gülüşə, hər yalan sözə,Aldanıb düşdünüz dolaşıq izə.Sonralar möhnətlə gəlib üz-üzə,Ömrü közə tutub, oda verdiniz.

Buza döndü qələm, bozardı kağız,Arxamı qış kəsdi, qarşımı payız.Yüzünüz bir şair yaratmadınız,Biriniz yüz şair bada verdiniz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов