Haram olsun
Aşıq dostum, başla zilə,Qoyma əl-əldən üzülə.Elə dillən bir sözünləMin könüldə bayram olsun.
Keç “Cəngi”yə, “Sarıtel”ə,Kökdən-kökə, teldən-telə.Aydan-aya, ildən-ilə,Sənətə ehtiram olsun.
Bülbül oxur, qaz vaxtımı,Saz danışır, caz vaxtımı,Saxta işvə-naz vaxtımıBunla necə aram olsun.
Cavanlığım indi hanı,Ağrı-acı tapsa canı,Neylərəm dava-dərmanı,“Qaraçı” çal, çaram olsun.
Hüseyn Arif, daha nə qəm,Əldə qələm, dildə Dilqəm.Unudulsa yanıq Kərəm,Nəsillərə haram olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-haram-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Öz içimdən gecə-gündüz talandım,Kösöy olub ocaqlara qalandım,
Qəzəl: Şikəstə oldu könül zülfi-yar dərdindənŞikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
Yenə asudə ikən uğradım bir şux zibayəYenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün