Bu bulaqdan su içməmiş,O bulağa tələsirəm.Yurddan-yurda, eldən-elə,Dağdan-dağa tələsirəm.

Göldən-gölə nəzər salıb,Çaydan-çaya tələsirəm.Qışda yazı fikirləşib,Yazda-yaya tələsirəm.

Ceyran kimi ayaq açıb,Düzdən-düzə tələsirəm.Əldə qələm axşam-sabahSözdən-sözə tələsirəm.

Gündən-günə, aydan-aya,İldən-ilə tələsirəm.Bir deyən yox, bu dünyadanHara belə tələsirəm...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине