Kür çayım
Nə qədər qoynunda xumarlanmışam,Yayxana-yayxana gələn Kür çayım.Sahil kölgəsinə bürünüb axşam,Səhər şəfəqilə gülən Kür çayım.
Fəsildən-fəsilə bir görkəm alıb,Meylini torpağa bağlayan Kürüm.Payızla yorulub, qışla qocalıb,Baharla gəncləşib çağlayan Kürüm.
Alışan düzlərin silib tərini,Qalın meşələrdən keçən Kür çayım.Nənələr doldurub sənəklərini,Babalar suyundan içən Kür çayım.
Arabir keçmişi gətirib yada,Şairtək xəyala dalan Kür çayım.Gözəllər yuyunub, sığallananda,Vaqifi sevdaya salan Kür çayım.
Nə gözəl durulur üfüqdə səhər,Qıymaram günəşim sönə, Kür çayım.Yeni cəlalından tutaraq xəbərSeyrinə gəlmişəm yenə, Kür çayım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-kur-cayim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Qara dənizBu yanım göy meşədir,O yanım Qara dəniz.