Bir nazir sağında, rəis solundaQuruyub qalmadım müqəvvalar tək.Sadə maşın sürən bir dost yolundaYatmadım, dərələr, düzlər keçərək.

Bir özündən razı qudurğan kəsinSoyuq məclisində sağlıq demədim.Bir sadə daş yonub, kərpic kəsənin,Yanından salamsız ötüb getmədim.

Sadə bir aşıqla ülfət bağladım,Yüz nağıl eşitdim, yüz duzlu dastan.

Mərifət gözləyib, ağıl ümmadımElmsiz “Elmlər doktorları”ndan.

Başqadır cəlalı təbiətiminAran düzlərində, dağ döşlərində.Açıldı sabahı şeriyyətiminSadə bir çobanın gülüşlərində.

Bir sadə neftçilə çiyin-çiyinə,Buruqlar qoynunda coşub-daşmışam.Bir sadə, turşməzə meşəbəyinəKönül də açmışam, söz də qoşmuşam.

Sadə kolxozçuya olmuşam qonaqRahat nəfəs alıb, dincəlmək üçünKiçik bir addım da atmadım heç vaxtKiməsə, hardasa xoş gəlmək üçün.

Nə üzüm qaradır, nə dilim qısa,Çıxsam da alovlar, odlar içindən.Mərdliyim, saflığım az-çox qalıbsaSadə adamlara minnətdaram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости