Bağlar, gözüm barınızdan doymayıb,Qonağını ötürməyə tələsmə.Dağlar, gözüm qarınızdan doymayıb,Duman, çiskin gətirməyə tələsmə.

Gəlib keçə neçə həftə, neçə ay,Həmdəmimdir doğan Günəş, batan Ay,Qıjıltına alışmışam, coşan çay,Səfərini bitirməyə tələsmə.

Gözəl bahar, çox gözlədim mən səni,Göy ətəkli, ağ düyməli çəməni.Ətir dolu, çiçək dolu süfrəni– Vaxtdır! – deyə götürməyə tələsmə.Tutub qalan olmasaq da dünyanı,Bir dünyadır ömrümüzün hər anı.Aman əcəl, yaşayanı, yananıSon mənzilə yetirməyə tələsmə.

Eniş bizim, yoxuş bizim, düz bizim,Qayalarda öz hənirtim, öz izim.İndən belə nə taparsan, əzizim,Hüseyni itirməyə tələsmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе