Bütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.

Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...

Saray mühafizləri adamları qayda-qanunu gözləməyə, hökmdar, onu müşayiət edən saray ərkanı keçəcək yolun kənarlarından aralı dayanmağa məcbur edirdilər.

Heyvərə Həsənin xəbərçiləri, güdükçüləri, qulaqçıları isə addabudda adamların içərisinə soxulmuşdular ki, xanədan əleyhinə, hökmdarın, şəhər rəisinin bədinə deyilən sözləri eşitsinlər, üstünə beş-onunu da əlavə edib lazımi yerinə çatdırsınlar, özlərini gözə soxsunlar və saraydan, əlavə bir “tula payı” da alsınlar...

Belədi dünyanın gərdişi: yaman yaxşını güdür, çirkin göyçəyə ağız büzür, borc qazancı üstələyir, qorxaq igidə tənə edir... Görünür, xəbərçi, güdükçü, qulaqçı olmadan nə iş aşar, nə də gərdişi-dövran olar...

Əcəmi ilə Cəmil meydanın yuxarı tərəfindən təzəcə tikilən, sahibinə hörmət əlaməti olaraq “Atababa” türbəsi adlandırılan böyük Şeyx Yusifin məqbərəsi yanındakı tənha çinarın altında dayanıb fikrə getmişdilər. Çinardan bir neçə addımlıqda isə suyunun şəffaflığına, tamına görə camaat tərəfindən “Şahab” adlandırılan bulaq axırdı. Əcəminin nəzərləri gah çinarın gümüşü rəngə çalan yarpaqlarına, gah da nimdaş qiyafəli, solğun sifətli kasıb-kusuba, payızın sazağından qorunmaq üçün böyüklərin yanına, qoltuğunun altına qısılıb daldalanan ayaqyalın, başıaçıq uşaqların üzünə dikilib qalırdı. Səs-küyün içərisində bulağın həzin-həzin zümzüməsi onun qulaqlarına çatırdı. Axı Əcəmi üçün bulaq zümzüməsi, çay şırıltısı ən gözəl mahnıdan da gözəl idi... Səhərdən axşama bu zümzüməyə, bu şırıltıya qulaq assaydı, yoruldum deməzdi...

Cəmil isə camaatdan çox, dostu Əcəminin mahir əllərindən çıxan əsrarəngiz türbəyə baxır, ürəyində ona dönə-dönə minnətdarlıq edir, gözlərinə işıq, qulaqlarına güc, qüvvət arzulayırdı. Şeyx Yusifin türbəsini tikdikləri günlər, bir yerdə işlədikləri çağlar yadına düşürdü...

Birdən körpə gülüşü eşidildi və gülüş get-gedə artıb çoxaldı, meydandakı bütün səs-küyü üstələdi.

Əcəmi yan-yörəsinə boylandı, heç nə görmədi, birdən arxaya çevrildi. Hər şey aydın oldu: boy-buxunlu, gözəl-göyçək bir gəlin ondan bir az aralıda dayanmışdı, iri, qara gözlərini uzaqlara dikib durmuşdu. Elə bil bu aləmdən tamam təcrid olunmuşdu... Qucağındakı totuq uşaq isə heç nəyin fərqinə varmadan qığıldanır, əl-qol atır, hərdən bir də şəvə kimi qara gözlərini çinarın xışıldayan gümüşü yarpaqlarına dikib gülür, sonra həvəsə gələrək uğunub gedirdi.

Əcəmi əlindəki səndəl ağacını qurşağına taxıb əvvəlcə uşağa baxdı, sonra nəzərləri gəlinin duru sifətində cəm oldu. Bu, Cəmilin nəzərindən yayınmadı.

– Niyə elə baxırsan? Yoxsa tanıyırsan?

– Xeyr.

– Gəlin mənə tanış gəlir, amma araşdıra bilmirəm.

Cəmil bir az fikrə gedir.

– Eh, nə ola həmişə eləcə körpə olub qalasan!.. Bir də nə vecinə, üçdə alacağı yox, beşdə verəcəyi. Mənim də elə gözəl bir anam olsaydı, ömrüm boyu gülərdim, bir dəfə də ağlamazdım. – Əcəminin qoluna toxundu. – Niyə dinmirsən?

– Mane olma!

– Nəyə?

– Qoy doyunca baxım.

– Kimə? Uşağa... ya anasına?

– Hər ikisinə. – Əcəmi sözünü bir də təkrar etdi: – Hər ikisinə!.. Bilirsən uşaq qığıltısını, uşaq gülüşünü necə xoşlayıram!.. Özü də lap cavanlıqdan! Körpənin dodağında təbəssüm, gülüş görəndə mənim üçün cənnətə dönür. İnan ki, bütün dərdi-sərimi unuduram Cəmil! Nigarançılığım da, narahatçılığım da yadımdan çıxır. Bu anda ürəyimdən qəribə bir hiss keçir: “Görəsən ana bilir ki, bu saat yer üzündə ondan xoşbəxt, ondan bəxtəvər bir məxluq yoxdur?.. Axı onun ciyər parası şəndi, şaddı. – Əcəmi üzünü göyə tutub dua elədi: – Ey bizi yaradan, sən körpələrin üzündən təbəssümü, gülüşü heç vaxt əskik eləmə!..

Əcəmi həmişə səliqəli geyinərdi. Gödək çuxa tikdirər, ətəklərinə gözəl naxışlı köbə işlədərdi. Ağ parçadan əmmamə qoyardı. Saqqalını çox uzatmazdı. Sifəti həmişə qayğılı görünərdi, ilk görüşdən ağıl və zəka sahibi olduğu özünü dərhal büruzə verərdi. Əsəbi deyildi, təmkinli və səbirli idi. Həmsöhbətini axıra kimi dinlərdi, ağlına batan söz deyilməsəydi, dözməzdi, dərhal cavab verib nəyin düz, nəyin əyri olduğunu söylərdi.. Əcəmi bu gün Cəmilin gözünə elə bil daha ağıllı, daha da səliqəli göründü — gödək saqqalı hələ cavanlıq təravətini hifz edib saxlayan duru sifətinə bir az da yaraşıq vermişdi, iri gözləri par-par yanırdı. Əcəmi onun üçün birdən neçə il əvvəlki dulusçuya çevrildi, Dəryanuru ilk dəfə görəndə az qala özünü itirən oğlana döndü...

– İnciməzsən ki, bir söz deyəm?

– Xeyr.

– Axı özümüz hiss etmədən yaşımızın üstünə yaş gəlir...

– Açıq danışsana.

– Açığı budur ki, dediklərinə inanmıram.

– Niyə?!

– Körpə gülüşünü xoşlayan kişi tək-tənha yaşamaz! Əcəmi dinmədi, əli ilə gödək saqqalına tumar çəkdi.

– Yenə yaralı yerimə toxundun?

– Neçə dəfə demişəm, yenə deyirəm: kəs, at o yaranı! Nə çox yer üzündə Dəryanurlar... Amma mən inanıram ki bir gün bu inadkarlığın üçün özün özünü danlayacaqsan, peşiman olacaqsan, necə də olursan...

– Nə bildin? – Əcəmi səndəl ağacını qurşağından çəkib bir ucu ilə gödək saqqalını qaşıdı.

– Görmədim körpənin anasına necə marağnan baxırdın?..

– Ürəyinə ayrı şey gəlməsin. – Əcəmi gülümsədi. – İstəyirdim gəlinin gül camalı hafizəmə həkk olunub qalsın...

– Niyə?

– Özüm də bilmirəm! – Çiyinlərini çəkdi.

– Gördün!.. Mən deyəndi, vallah! – Cəmil ucadan güldü. Birdən elə bil meydanın üzərindən güclü bir haray dalğası ötüb keçdi. Adamlar bir-birini bacaraq irəli soxulmağa, qabağa getməyə başladılar. Bir-birinin dalınca təbillər döyüldü, tez-tez car çəkildi. Haray-həşir də birdən xırp kəsildi. Elə bu vaxt Eldəgəzlər xanədanının ikinci hakimi Cahan Pəhləvanın mindiyi ağ kürən şəhərin dəmir darvazasında göründü, yoxuşdan qalxıb dikdirə çıxdı... Azərbaycan Atabəylərinin ünvanına, atabəy-əzəmin ilkinin şəninə mədhiyyə deyənlər bu dəfə daha ucadan qışqırmağa başladılar...

Cahan Pəhləvan Şahab meydanına bir hökmdar kimi qədəm basdı, əlini yuxarı qaldırıb şəhər əhlini salamladı, sonra meydanın xüsusi bölməsində dayanan saray ərkanına, ədiblərə, sənətkarlara, varlılara razılıq etdi.

Hökmdarın sifəti çox sərt idi. Gündüzlər gah taxti-rəvanda, gah da ağ kürənin belində yol gələn Cahan Pəhləvan çox yorğun görünürdü. Onu şəhər valisi və xüsusi atlılar müşayiət edirdilər. Onlar hava işıqlanmamış atlanıb yola düşmüşdülər və hökmdarı Ziyaülmülk cisrinin¹ daş qapıları önündə qarşılaşmışdılar və indi də onunla birlikdə şəhərə daxil olurdular.

Elə bu vaxt körpənin gülüş səsi kəsildi. Kənarda adamların içərisindən ortayaşlı bir qadın Əcəmigilə tərəf boylanaraq körpəni qucağına alan cavan gəlinə xəbərdarlıq etdi:

– Ay qız, Şəhdigil, bu yana adlayıb gəlsənə! Becid ol, bu xarabadan izal olaq... Axı yol gedəcəyik... Görmürsən gün əyilib?..

– Ha budu, gəldim... Bir səbrin olsun! – Gəlin adamların axınına qoşulub gözdən itdi.

Əcəmi bu sözləri səs-küyün içində elə bil göydə alıb qəlbinə həkk elədi! “Şəhdigül?.. Şəhdi... gül...” Dəryanura dediyi sözlər yadına düşdü: “Sizə ad qoyana alqış! On kərə əhsən, yüz dəfə mərhəba!”, “Gözəl ad tapıblar: Şəhdigül!.. gülün şəhdi...”

– Bu təşrifdən ağlın nə kəsir?

Gözlənilməz sualı Cəmil verdi. Gözlərilə hələ də körpənin anasını axtaran Əcəmi birdən cavab vermədi. Ürəyində harasa yol gedəcək gəlinə “Allah amanında” deyə-deyə dostunun qolundan tutub adamların seyrək olan yerinə çəkdi. Elə bu vaxt şəhər rəisi atını ehtiyatla sürüb Cahan Pəhləvanın ağ kürəni ilə qoşalaşdırdı və yəhərdən azacıq qalxıb onun qulağına nəsə pıçıldadı.

Hökmdar qılçalarını ağ kürəninin böyürlərinə döyəclədi, uzaq yol gəlməsinə baxmayaraq at özünü yığışdırıb irəli atıldı və Atabəylər meydanına gedən yolun kənarında kəsilib bir-birinin yanına düzülən çoxlu qurbanlıq qoyunun qanına boyanan yerdən sıçrayıb irəli şütüdü.

Hökmdarı müşayiət edənlərin atlarının nallarından qopan toz-torpaq qatı çən kimi adamların üstünü aldı. Meydandakı səs-küy də, uğultu da azaldı... Elə bil qurbağa gölünə daş atdılar...

¹ Araz üzərində körpü (XI əsr)

– Ağlım nə kəsəcək, – Əcəmi yenə çiyinlərini çəkdi. – Rəhmətlik atam deyərdi: “Xəbər gətirdilər ki, əzrayıl uşaq paylayır.” Ata-analar dedilər: Bizimkinə dəyməsin, onunkunu istəmirik...”

– Haqlısan, qardaş!

– Rəhmətlik anam onu da deyərdi ki, şahların ayağı dəyən yerdə yeddi il ot bitməz. – Əcəmi bir an fikrə gedib əlavə etdi: – Yenə günahsız qanlar axmasa yaxşıdı... Yenə qapılar bağlanmasa yaxşıdı, yenə kəndlər yandırılmasa yaxşıdı... Yenə bu əllərimizlə tikilib-qurduqlarımız sökülüb-dağılmasa, viran qalmasa yaxşıdı!

...Qafilə artıq Şahab meydanından uzaqlaşmışdı, adamlar da dağılıb getmişdilər. Əcəmilə Cəmil bir müddət dinib-danışmadılar. Sakit-sakit addımlayıb Şahab bulağının başında ayaq saxladılar.

– Əyilib bir doyunca bir içəkmi, cavanlıqda olduğu kimi? – Cəmil dostunun kədərlənəcəyindən və evə pərt dönəcəyindən ehtiyat etdi.

Əcəmi elə bil birdən həvəsə gəldi, əlindəki səndəl ağacını Cəmilə uzatdı:

– Cavanlıqda olduğu kimi niyə? Məyər qocalmışıq? – Ayağındakı gödəkboğaz məsti çıxarıb yerə tulladı, bulağın gözünə əyildi, doyunca içdi. – Buyur, növbə sənindi.

Səndəl ağacını sahibinə qaytaran Cəmil də bu qayda ilə bulaqdan su içdi, üstəlik, bir-iki ovuc da üzünə vurdu. Sonra Atababa türbəsinin yanından sola buruldular və kürdlər¹ məhəlləsinə döndülər...

Cəmil nə fikirləşdisə:

– Gedək bizə, – dedi.

– Niyə? – Əcəmi soruşdu.

– Zəhra qovurmalı, ələyəzli yarma çəkməsi bişirib.

Əcəmi başını qaldırıb dostuna baxdı, Cəmil qımışdı. Bu o demək idi ki, yenə onun boş damarından tuta bilib.

Əcəmi heç nə deməyib tabe oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bu xatirə Əcəmi dilindəndir

Gecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...

14 мин
Düşənbə günü

Cahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.

8 мин
Baş şəhər

Cahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.

20 мин
Söz sözü gətirər...

Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.

17 мин

Стихи других поэтов