Amudərya, məni al,O cəsur dağların qoynuna sal!Amudərya, dinlə,Mən sənin dərdinlə,Gənc ikən çəkmədəyəm hicr ilə yas,Amudərya, məni al, bağrına bas…

Gəl ovut tüğyanımı,Sən duyarsan ki, mənim üsyanımı.Mən dedim ki, dəli, coşğun Xəzərə,Get qucaqlaş və yar ol,Mən dedim ölkələriGüldürən bir bahar ol.

Demədim Buzlu Şimal istəginəUyaraq,Bizdən uzaqBir yerə dol.

Sərtiəsən qanlı Şimal,Səni də etdimi qul?Kəsərək yollarını,Bağlayıb qollarınıSəni də etdi kölə?

Amudərya, niyə bəsVerməyirsən mənə səs?Ya neçin dalğaların gəlməyir üsyanla dilə?Söylə göz yaşları, qan selləri boğmuşmu səni?Qoca Şərq dağları qan udmağa doğmuşmu səni?Yox, yox artıq döndərO quduz sellərini,Boyasın al qana, ya al çiçəyəDoğma türk ellərini!Atılıb fırtınadan-fırtınaya.Çeynə zəncirini qır,Sənə ən doğruca yol, iştə, budur!..Daşaraq,Qanlı atəşlərlə dırnaqlaşaraq…Yaşamaqİstər isən, al sana haqq!Böylə lal axma, sükutdan doğamaz istiqlal!Bu axşam istəməm olsun cansız,Bir əməl parlayamaz qurbansız,Amudərya, məni al,O cəsur dalğaların qoynuna sal.Burax, alsın məni ruzgar ölümə,Boğaraq eşqimi qan,Olayım mən qurban.Və qanımdan qataraq sellərinə,Ax bu türk ellərinə…Bəlkə bir gün yaşayır bir ideal,Bəlkə bir gün boy atar istiqlal…Yenə qoy hökm eləsin türk ağzı,Oğuzun yazdığı fərman kağızı!Amudərya, məni al,Qopacaq fırtınanın qoynuna sal.Sən burax düşmanı girsin qanıma,Qana girmək yaraşır öz şanıma,Bəs nədən qorxu duyub, hürküm mən?Atamın oğlu, igid türkəm mən!...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов