Gecədir. İbrahim xanın iqamətgahı. İbrahim xan ibadət paltarındadır.

Bu zaman Tubu xanım daxil olur.

Tubu xanım

Niyə yatmırsan, İbrahim? Gecədən xeyli keçir.

İbrahim xan

Bu gecənin dərdi çox böyükdür, Tubu. Elə bil ki, onun bizim çadırları bürüyən qaranlığı mənə dəxli olmayan tamam yad bir dünyadır. Bu, mənim ürəyimi sıxır... sıxır.

Tubu xanım

Bu, o uğursuz Kürəkçay hadisəsinin sənin mərd qəlbinə çökən ağırlığıdır, İbrahim. O çar generalı o cür həyasızlıqla qüdrətli Azərbaycan hökmdarına müstəmləkə təkliflərini bəyan edəndə, ellər igidi Pənah xanın oğlu İbrahim xanın onun düz ağzının içinə bir güllə sıxmadığına mən təəccüb edirəm.

İbrahim xan

Bir an mənim ağlıma gəldi. Ancaq onun top-tüfənglə mükəmməl silahlanmış ordusunun Qarabağ camaatını uşaqdan-böyüyə qılıncdan keçirəcəyini düşünüb susdum...

Tubu xanım

Kürəkçay hadisəsi bütün Qarabağı ayağa qaldırmışdır. Xalq həyəcan içindədir. Mən hiss edirəm ki, hətta arvadlar da bu saat düşmənlə vuruşa hazırdır. Mirmöhsün ağa mənə dedi ki, sən o həyasız generalla vuruşa hazırlaşırsan. Onu bil ki, Fətəli şah da sənə bu işdə kömək edər.

İbrahim xan (qızğın)

Mən heç bir hökumətin ikiüzlü köməyini istəmirəm. Mən sayca farslardan çox olan bütün Azərbaycan xalqını son ölüm-dirim vuruşuna çağıracağam. Azərbaycan xalqı Cavad xan hadisəsinin də, şimaldan gələn düşmənin də nə demək olduğunu gördü.

Tubu xanım

Mən bu son, qəti döyüşdə sənə xeyir-dua verirəm. Mən də sənin ordunun qabağına düşüb onları qəti intiqama çağıracağam. Adi bir düşmən generalı Azərbaycan xalqının böyük hökmdarı İbrahim xanı təhqir etmişdir. İndi isə, xahiş edirəm, yat, dincəl.

İbrahim xan

Sən get. Mən bir az tək qalmaq istəyirəm.

Tubu xanım gedir. İbrahim xan diz çöküb Allaha ibadət edir.

İbrahim xan

Ah, mən aldanmışam. Mən xalqıma xəyanət etmişəm. Ar olsun sənə, İbrahim, 40 ildən çox Qarabağın – Azərbaycanın ən böyük bir hissəsinin hökmdarına rus generalı özündən də kiçik rütbə verəndə bildim ki, aldanmışam. Nə üçün mən Kürəkçayda qılıncımı çıxarıb onun boynunu vurmadım, nə üçün? Ah... Aman, Allahım... İndi mənim ruhum gələcək nəsillər qarşısında nə cavab verəcək? İlahi, sən böyük olduğun üçün böyük günahları da bağışlayansan. Mən elə edəcəyəm ki, sən məni bağışlayasan...

Atam Pənah xan ölərkən məni yanına çağırıb dedi: «Oğul, vətən, torpaq darda olanda qılınc qında qalmaz...» Hələ mən sağam, hələ ölməmişəm, indi mən bütün Azərbaycan xalqını ayağa qaldıracağam, ölüm-dirim mübarizəsinə... Ey böyük Yaradan, intiqamımı qəbul et...

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 мин
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 мин
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 мин
Nuru dayımın qəribə macərası

Anamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.

20 мин

Стихи других поэтов