İyirmi dördüncü şəkil
Gecədir. Lisaneviç və Vanya gizli yerdə görüşürlər.
Vanya (hərarətlə)
Cənab mayor, mən dediklərimə başımla cavabdehəm. İbrahim xanın «Xan bağına» köçməsindən məqsədi Arazın o tayına qaçaraq, Fətəli şahın qoşunu ilə birləşib, Azərbaycana daxil olmuş rus qoşun hissələrini qəfil hücumla qırmaqdır. Məndə dürüst məlumat var ki, Fətəli şahın oğlu Abbas Mirzənin başçılığı altında İran qoşunu Gəncəyə doğru hərəkət edir.
Lisaneviç
Xan mənə dedi ki, özünü yaxşı hiss etmədiyi üçün Şuşadan bir az aşağı yenib, bir neçə gün açıq havada istirahət etmək istəyir.
Vanya
O sizi aldadır. Əgər elə isə, nə üçün oğlanları Məhəmmədhəsən xanla Mehdiqulu xanı seçmə atlıları ilə qalada gözətçi qoyub, bütün ailəsini, hətta körpə uşaqlarını da özü ilə götürüb?
Lisaneviç
Əgər xanın bizə qarşı bu cür cinayətkar niyyəti var idisə, oğlu Əbülfət ağanın komandası ilə Fətəli şah ona beş min nəfərdən ibarət qoşun kömək göndərəndə niyə onlarla birləşib bizə hücum etmirdi?
Vanya
Cənab mayor, İbrahim xan əvvəl rus padşahına tabe olmaq istəyirdi, bunun üçün, siz buyuran kimi, şahın köməyə göndərdiyi qoşunu qəbul etməyib, hətta onunla vuruşdu. Amma Fətəli şah bic adamdır. İşi belə görəndə, çox hiyləgər diplomat olan öz baş hərəmi Ağabəyim ağanı atasını yola gətirmək üçün dərhal Qarabağa göndərdi. O da iradəsi o qədər də güclü olmayan İbrahim xanı istədiyi kimi sizin əleyhinizə döndərdi. O hiyləgər gözəlin dərhal Qarabağa gəlməsini eşidəndə arvadım Haykanuşa dedim: «Astvas du bahi. O, yəqin burada bir qazan qaynadacaq...» Cənab mayor, o biz ermənilərin də düşmənidir. Yekaterina həzrətləri bizim Eçmiadzində əyləşən ruhani atamıza söz vermişdi ki, İrəvanda erməni dövləti yaratmaqda bizə kömək edəcək. O böyük imperator vəfat eləyəndən sonra məhz Ağabəyim ağanın siyasəti ilə Fətəli şah İrəvan, Naxçıvan xanlıqlarını gücləndirməyə başladı.
Lisaneviç
Mənə tarix açma, Məlik Vanya. Qısa de görüm, bu saat biz neyləməliyik? İndiki vəziyyətdə İbrahim xanın qaçıb Fətəli şahın qoşunu ilə birləşməsi bizə kömək gələnə qədər mənim buradakı qarnizonum üçün çox təhlükəli olar...
Vanya
Bəli. Onlar sizi hər tərəfdən mühasirəyə alıb qırarlar. Ona görə də, bir dəqiqə vaxt itirmədən İbrahim xanı ailəsi ilə birlikdə son nəfərinə qədər qırmaq lazımdır.
Lisaneviç
Sənin sözündən belə çıxır ki, indi biz onları dərhal ortadan götürməsək, xan qaçıb Fətəli şahın qoşunu ilə birləşsə, onlar bizi qıracaqlar?
Vanya
Son nəfərinizə qədər. Türklər çox amansız millətdir. Gecənin qaranlığında güllə səslərinin eşidilməməsi üçün onları doğramaq lazımdır.
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-iyirmi-dorduncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci şəkilXosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.*
İkinci pərdəDördüncü şəkilSadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada üstü cürbəcür yeməklərlə dolu böyük stol. Qapının zəngi vurulur. Lətafət tələsik addımlarla gedib açır.*
Qəhrəman ilə bülbülün nağılıOğlan on səkkizinci yaranı alandan sonra yıxıldı. Adamların müdhiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb, ağır sükuta daldı.Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı.
Yarımçıq qalmış portret haqqında mahnıQoca professor Elmarın gözlərini diqqətlə müayinə edəndən sonra başını qaldırıb, həyəcan və iztirab dolu nəzərlərini ona zilləmiş Güllərə baxaraq, qaşqabağını tökdü və heç bir söz demədən kabinetdən çıxdı. Güllər də onu təqib etdi.Professor öz otağında kreslosuna çöküb, dərindən nəfəs aldı. Güllər məhzun gözlərini ona zilləmişdi. Həyəcan və intizarı nə qədər qüvvətli olsa da, heç nə soruşmurdu, daha doğrusu, soruşmağa cəsarət etmirdi. Lakin, həkim onun baxışlarındakı sualı anlayırdı. O, Güllərin gənc və gözəl üzünə acıqlı bir nəzər salaraq:
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
BaşlanğıcSiz ey keçən aylar-illər, uzaqlaşan zamanlar,Gənc ömrümün istəyilə qucaqlaşan zamanlar,
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,