Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:

– Güllü, su gətir, – deyə çağırdı.

Deyəsən, Güllü eşitmədi, dayım bir də çağırdı. Bu dəfə Güllü İmaş yatan evdən çıxaraq, hövlnak yüyürüb gəldi, dayım ona diqqətlə baxıb soruşdu:

– Orada nə qayırırdın?

Güllü qorxmuş halda cavab verdi:

– Heç nə.

Dayım yenə soruşdu:

– O gədə də oradadı?

Birdən, elə bil ki, Güllüyə bir cəsarət gəldi, dayımın düz gözünün içinə baxıb dedi:

– Oradadı.

Onsuz da sarıbəniz adam olan dayımın rəngi qaçdı.

– Yeri çağır bura.

Güllü dayıma baxmaqda davam edərək yerindən tərpənmədi.

– Səninlə deyiləm? – deyə dayım qəzəblə səsləndi.

Güllü iti addımlarla İmaş olan otağa gedəndə Fatma nənəm də taxtın üstündən düşdü. Dayım qalxıb yun çırpmaq üçün qayrılmış zoğal çubuğunu bucaqdan götürdü. İmaş ağır addımlarla irəli gəldi. O, üç-dörd gün idi ki, titrədib qızdırırdı. Ancaq xəstəliyini elə ayaq üstündə keçirirdi. Neçə dəfə nənəm demişdi ki, uzan yat. Amma İmaş yatmırdı. Qızdırması düşən kimi yenə də durub bağda-bostanda işlərini görürdü. Fatma nənəm də dayımdan xəlvət ona kinə, çay, xörək verirdi.

O, yaxınlaşan kimi dayım qabağına yeriyib bət-bənizi qaçmış halda dedi:

– Ə, köpəkoğlu, İrandan bura eşqbazlığa gəlmisən?

Və onun ağzını açmağını gözləməyib saldı ağacın altına, Fatma nənəm vahimə ilə pıçıldadı:

– Allah, sən saxla.

İmaş qırpımsız nəzərlərlə dayıma baxır, o da oğlanın harası gəldi, budayırdı. Evin divarına söykənib tamaşa eləyən Güllü birdən özünü irəli ataraq İmaşla dayımın arasına girib qışqırdı:

– Niyə öldürürsən yazığı?!

Dayım əl saxlayıb təəccüblə Güllüyə baxanda, İmaş eyni sakitliklə:

– Sən o yana get, Güllü! – dedi. – Qoy ağa ürəyini soyutsun.

– Yox! – deyə Güllü qışqırdı.

Bu dəfə dayım çox pis söyüşlə Güllünü saldı zoğal çubuğunun altına. İmaş irəli soxulub görünməmiş bir qüvvətlə çubuğu tutub dayımın əlindən alaraq:

– Ağa, – dedi, – məni şil-küt elədin, dinmədim, axı bu zənən xeylağıdır.

Dayım evə yüyürərək mauzer tapançasını götürüb ayağa çəkəndə Fatma nənəm yaylığını başından sivirib onun qabağına ataraq dəhşətlə qışqırdı:

– Allahdan qorx, ay bala!

Dayım sanki donaraq bir an dayandı və elə bu anda anam gəlib çıxmasaydı, kim bilir, neyləyəcəkdi... Anam qorxmuş halda soruşdu:

– Nə olub, Nuru?

Dayım ona cavab vermədən tapançanı qaytarıb qoydu yerinə, mən daha orada dayana bilməyərək qaçdım bağa. Gördüm ki, İmaş arxın qırağında oturub, gözlərini zilləyib suya. Mən ona yaxınlaşa bilmədim. Mənə elə gəlirdi ki, onun yanında mən də günahkaram. Onun üsyanla ağacı tutub dayımın əlindən alması məndə mərdanə bir əhval yaratmışdı, indi ayrı vaxtlarda olduğu kimi, mənim İmaşa yazığım gəlmirdi, indi o mənim nəzərimdə böyüyüb, hətta dayımdan da cəsarətli, qoçaq olmuşdu. Onun qızdırmadan saralıb-solmuş arıq üzü indi mənə bir igid çöhrəsi kimi görünürdü. O, Qaçaq Nəbi, Qaçaq Süleyman haqqında eşitdiklərimi yadıma salırdı: onlar da əvvəllər İmaş kimi kasıb, sakit oğlanlarmış. Ancaq bu anlarda mənim Fatma nənəmə yazığım gəlirdi, arvadın ağ saçlarını açaraq vahimə içində oğluna: «Allahdan qorx!» – deməsi hey xəyalımda dolanırdı. Əgər nənəm bu sözləri başqa, kənar bir adama desəydi, bəlkə də, mənə bu qədər ağır gəlməzdi. İndi mənim Güllüdən də acığım gəlmirdi, onun İmaşı o cür mərdliklə müdafiə eləməsi mənə Bayram babamın anası Səkinə qocanı, Fatma nənəmin anası Xanım nənəni xatırladırdı və mən Güllüdə onların cəsarətini, mərdanəliyini duyurdum və əgər indi Güllü mənim üzümdən öpsəydi, daha hirslənməzdim.

Mən ona təəccüb edirdim ki, Güllü ilə İmaşın dostluğu nə üçün dayımı bu qədər əsəbiləşdirmişdi? O dostluqdan dayıma nə zərər dəyə bilərdi? Məgər adamların bir-birini istəməsi pis şeydir?

... Səhər mən babamgilə gələndə gördüm ki, Fatma nənəm dayımın köynəklərini yuyur, soruşdum:

– Bəs Güllü hanı, nənə?

Məlum oldu ki, İmaşla Güllü gecə bir-birinə qoşulub qaçıblar. Dayım da hər dərəyə bir od vurub, amma heç yerdə «onları gördüm» deyən olmayıb.

İmaşgilin yoxluğu ilə mən babamgilin bağında da, evində də bir soyuqluq, bir boşluq hiss elədim. Mən «İmaşgilin» deyirəm, çünki indi Güllünün də yoxluğu məni sıxırdı. Onların bir də bura qayıtmayacaqlarını düşündükcə, az qalırdım ağlayım. Hey fikirləşirdim ki, görəsən, onlar necə oldular? Hara getdilər? Mən həyatımda ilk dəfə olaraq yoxsul insanların üsyanını görürdüm. Elə bil ki, bu üsyan mənim varlığımda da nəyinsə qaynayıb-coşmasına səbəb olmuşdu. Mən ürəyimdə Güllü kimi İmaşın tərəfini saxlayaraq dayımın qarasına qəzəblənirdim. Həyatımda birinci dəfə olaraq varlıların ədalətsizliyini hiss edərək məzlumların müdafiəsinə qalxırdım. Əlbəttə, bunlar hamısı mənim ürəyimdə idi və bunlardan heç kəsin xəbəri yox idi. Mən İmaşın yanında özümü Fatma nənəmin yanında olduğu kimi sərbəst, yüngül hiss edirdim. Dayımın təhqirini, danlağını nənəmin dinməz-söyləməz qəbul etməsi mənim izzəti-nəfsimə toxunurdu. Amma anam, nənəm kimi deyildi, atam birini deyəndə, anam ikisini deyirdi və bu da mənim ürəyimdən olurdu. Mən istəyirdim ki, nənəm də dayıma qarşı anam kimi olsun.

Belə vaxtlarda, özümdən asılı olmayaraq, böyüklərin keçmiş həyatlarında baş vermiş keçmiş hadisələr daim xəyalımda, özü də, necə deyərlər, arxa planda baş qaldırır, sonra mən tamamilə o aləmə dalırdım, o aləm mənim üçün qəribə nağıllara çevrilirdi və mən o aləmdə nəyə isə heyran olurdum, nəyə isə təəssüf edirdim. İndi atamın mənimlə sərt rəftarına, anamın həmişə atama qarşı məni müdafiə eləməsinə fikir verəndə bilaixtiyar onların keçmişinə gedirdim, düşünürdüm ki, görəsən, anam əvvəlki nişanlısına getsəydi, bizim günümüz necə olardı? O atam mənimlə necə rəftar edərdi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Söyüdlü arx

Mən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.

19584 ч 10 мин
Xurşidbanu Natəvan

İştirak edirlərXurşidbanu Natəvan*

19781 мин
Birinci pərdə

Birinci şəkilQafqaz canişininin malikanəsi. Pərdə açılanda geniş otaqda Xurşidbanu ilə Mirzə Ruhullah sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay iti addımlarla gəlib Xurşidbanunun qarşısında dayanır.*

197847 мин
İkinci pərdə

Doqquzuncu şəkilXurşidbanunun malikanəsi. Xurşidbanu divanda əyləşmiş halda əlində açıq bir məktub yuxulamışdır. Açıq pəncərədən Şuşa qalasının duman içində olduğu görünür və bayırda bu duman içindən Knyaz Xasay çıxaraq ətrafa diqqətli nəzər salıb pəncərəyə yaxınlaşır və cəld hərəkətlə pəncərədən sıçrayıb içəri keçir. Xurşidbanuya tamaşa edir. Əlini uzadıb ona toxunmaq istəyir, lakin toxunmur.*

197827 мин

Стихи других поэтов