Страница 33 из 39 · 82%

İmi mənə əvvəlkindən daha artıq nəzakətlə salam verib nəzərlərini dərhal başqa səmtə çevirirdi. Cimi isə, ağzını-gözünü mərhəmətlə bürüşdürür və mənimlə sağalmaz bir xəstə kimi danışırdı. Elə bil, üzümə baxıb ürəyində: “Aşna, daha sənin bayatın çağırılıb. Ancaq, heyf, biz bunu istəmirdik” deyirdi. Nəriman əmi isə, məni görəndə: “Hə, bacıqızı, nə var, nə yox?” deyə bərkdən kefimi soruşur, dünyagörmüş adamlar kimi gülümsəyir və sanki demək istəyirdi: “Eybi yoxdur. Bir işdir eləmisən, keçib-gedər”.

Qulu da məni inandırmağa çalışırdı ki, bunlar hamısı burjuaziya qalığıdır. Ona görə də, o, Ağabəyimin sözünün başına ip salmır. Biz sənətkarıq. Sənətkar isə, gərək belə şeylərə əhəmiyyət verməsin. Çünki biz həyata filosof gözüylə baxırıq.

Mənim isə, xəyalım bütün bunlardan çox-çox uzaqlardaydı. Mən Səadətin məhəbbəti haqqında düşünürdüm. Bu məhəbbət fırtınaya uğrayaraq, əlacsız halda dənizin ortasında qalıb, haraya yol alacağını bilməyən gəmi kimiydi. Bu məhəbbət mənim üçün dünyada ən əziz olan bir adama aid idi. Bu gənc qadın da mənim kimi həmin adam üçün özünü oda-suya atmağa hazır idi. “Yazıq bacım, biz ikimiz də bir dərdə mübtəlayıq. Ona görə də, sən nahaq yerə məni döyürdün... Nahaq yerə. Doğrudur, mən istərdim ki, o, ancaq məni sevsin, mənim olsun, lakin... Budur, o xoşbəxtlik özü mənim qapıma gəlmişdir. O mənə deyir ki, yolunu kəsən o məhəbbəti öldür, sonra əlinin qanını silərək, gülümsəyə-gülümsəyə mənim ağuşuma atıl! Ah, kama yetən eşq, sən nə gözəlsən! Nə cazibədarsan!

Əzizim! İndi qılınc mənim əlimə keçmişdir və onun sivri ucu sənin gilas kimi şəffaf, durna boynu kimi uzun boğazına dayanmışdır. Səni cəhənnəm əzabı ilə məhv etmək üçün mənim kiçik bir hərəkətim kifayətdir. Halbuki bu saat mən özümdə bir div gücü, bir ifritə hünəri hiss edirəm. Mən səni, məni adamların içində haqsız olaraq, ədalətsiz olaraq təhqir edən səni “Min bir gecə” nağıllarında saçlarından asılan gözəllərdən daha müdhiş cəzaya məhkum edə bilmək iqtidarına malikəm. Yoxsa, bu qapımı döyən sənsən? Haradan ürəyimə damdı ki, bu gələn sənsən?”

– Buyurun!

“Ancaq rica edirəm bu dəfə məni döymək fikrinə düşməyəsiniz! Əvvəla, ona görə ki, bunun heç bir mənası yoxdur. İkincisi, mən teatr institutunda oxuyanda ən yaxşı idmançılardan hesab olunurdum.”

– Buyurun, əyləşin...

“Ax, mənim gözümün işığı olan onun qadını! Sənin görünüşün nə acınacaqlı və dəhşətlidir! Gözlərin nə yaman alacalanmışdır! Saçların nə yaman pərişandır! Rəngin necə solğundur! Yoxsa, doğrudan da, sən ağlını itirmisən? Ax, mənim yazıq bacım, sən niyə bu günə düşmüsən? Sən nədən bu qədər ürək dağlayan olmusan?”

– Buyurun, əyləşin.

– Lazım deyil. Mən bura oturmağa gəlməmişəm!

– Elə isə, mən sizi dinləyirəm.

– Əgər, yaşamaq istəyirsinizsə, buradan çıxıb gedin. Sizə bircə gün möhlət verirəm.

– Bir gün çox azdır, Səadət xanım.

– Yoxsa, mənim sözüm sizə gülməli gəlir? Yoxsa, siz mənim adam öldürə biləcəyimə inanmırsınız?

– İnanıram, Səadət xanım, inanıram.

– Elə isə, gedin, getdiyiniz yerdən ona məktub, filan yazmaq xəyalına da düşməyin. Onu bilin ki, təkcə özünüzün yox, onun da məhvinə səbəb olarsınız. Bu saat mən hər bir şeyə hazıram, eşidirsinizmi, hər bir şeyə!

– İnanıram, Səadət xanım.

– Yox, mən sizin səsinizdə qorxu hiss etmirəm. Siz mənə...

– Mənim qorxmağım sizin nəyinizə lazımdır?

– Ona görə lazımdır ki, siz buradan cəhənnəm olub gedəsiniz.

– Səhviniz var, Səadət xanım. Siz məni qorxutmaqla heç bir şeyə nail ola bilməzsiniz. Bizim, yəni, sizinlə mənim üçün ölüm nədir ki!

– Məni özünüzə tay etməyin.

– Tay olmasaq da, mən bunu deməyə məcburam. Çünki mən də sizin kimi onu sevirəm.

Onun gözləri dəhşətlə parlayıb yırtıcı bir ifadə aldı. Alt dodağını dişləri arasında sıxıb, qana susamış bir qəzəblə üzümə baxdı. Elə bil, ana pələng, balasını əlindən almaq istəyən ovçunun üzərinə sıçramağa hazırlaşırdı. Görünüşü o qədər qorxunc idi ki, tüklərim ürpərdi. Lakin mən ona bir az da yaxınlaşaraq, sakit səslə:

– Səadət xanım, – dedim, – burada olan söhbətlərin bir sirr olub ölənəcən öz aramızda qalacağına, birinci növbədə, ərinizə heç bir şey deməyəcəyinizə namusla söz versəniz, mən hər nə olubsa, hamısını sizə söyləyərəm.

O məni dinləməyə bilməzdi. Əl atıb qapının dəstəyindən yapışaraq, batqın səslə əmr etdi:

– Danışın!

– Yox, söz verməsəniz, danışmayacağam.

– Söz verirəm.

– And için.

Ehtimal ki, qəlbində, nə isə, bir ümid qığılcımı parlayıb onun acığını soyutdu.

– Oğlumun canına and içirəm ki, nə desəniz bu dörd divarın arasında qalacaq.

O, qapıdan aralanaraq, stul çəkib əyləşdi, digər stulu da mənə göstərərək:

– Oturun, danışın, – dedi.

Mən onunla qabaq-qabağa əyləşərək, Muradla ilk görüşümüzü, bura gələrkən yolda ona təsadüf etməyimi artırıb-əskiltmədən nağıl etdim (lakin Muradın mənə qarşı olan hissləri barədə heç nə danışmadım. Danışmaq üçün özümü haqlı da bilmirdim). Sonra nitqimi bu sözlərlə bitirdim:

– Mən Güney qışlağa gələn axşam onun evli olduğunu bildim. Bununla da hər şeyə nöqtə qoyuldu. Sizin əriniz mənim ona uzun zamandan bəri bəslədiyim hisslər barəsində heç nə bilmir, ölənəcən də bilməyəcək. Buna arxayın ola bilərsiniz. Ancaq sizdən bir xahişim var: keçmişə görə, məni təqsirləndirməyin. Buna sizin haqqınız yoxdur.

Mən yanılmamışdım. Danışığım o qədər təbii, o qədər ürəkaçan idi ki, o buna inanmaya bilməzdi... O mənim ürəyimin necə yandığını görürdü. O, cəllad belə olsaydı, için-için yanıb-tüstülənən, kimsəyə bir ziyan, bir qanqaralığı verməyən bu ürək ona təsir etməli idi.

O, gözlərini məndən çəkmədən susurdu. Sükut isə, məni daha bərk sıxırdı. Sükut mənim üçün dözülməz əzab idi. Ona görə təkrar sözə başlayıb:

– Bilirsinizmi, – dedim, – mənim başqasına öyüd-nəsihət verməkdən zəhləm gedir. Ancaq icazə versəniz sizə bir məsləhət verərdim.

– Buyurun.

İndi onun səsində yorulub əldən düşmüş adamlara məxsus bir hal var idi.

– Qısqanclıq hissini öldürün. Yoxsa, gec-tez sizi məhv edər.

O, başını aşağı salaraq, güclə eşidiləcək səslə:

– Bacarmıram, – dedi.

– Bacarın! Bunun üçün sizin hər cür imkanınız vardır. Siz gəncsiniz, gözəlsiniz. Sizin o cür oğlunuz var. Murad sizi xoşlayıb, istəyib evlənmişdir.

Burada mənim səsim titrədiyi üçün bir neçə saniyə susdum və özümü ələ alandan sonra davam etdim:

– Sizin ərinizin nəcib adam olduğuna mənim zərrə qədər şübhəm yoxdur. Ancaq siz mərdi qova-qova namərd etməyin.

Axırıncı sözləri deyəndə qışqırmamaq üçün dodağımı bərk-bərk dişlədim.

– Mənim sizin ailə sirlərinizə toxunmağa haqqım yoxdur. Ancaq vaxta ki, aramızda söhbət açılıb, qoyun bir sual da verim. Onun bir ər kimi sizinlə rəftarı necədir?

O, başını qaldırıb diqqətlə üzümə baxaraq:

– Bu barədə, – dedi, – mənim heç bir şikayətim yoxdur.

– Evləndiyiniz müddətdən bəri o, bir ər kimi sizə xəyanət etmişdirmi?

– Yox.

– Bəs nə istəyirsiniz? Niyə özünüzü də, onu da məhv edirsiniz? Niyə xoşbəxtliyinizin qədrini bilmirsiniz?

[Mənbənin skanında burada mətn itib.] sın. Heç kəs onunla maraqlanmasın. Bəzən turşu atıb gözlərini kor etmək, sonra da bütün ömrüm boyu qolu bağlı qul kimi qabağında durmaq xəyalı ilə yanıram. Elə vaxt olur ki, gecələr oyanıb saatlarca ona tamaşa edirəm. Onun yuxuda sayıqlayıb kiminsə adını çəkəcəyini güman edirəm. Mənə elə gəlir ki, onun üzünün hər cizgisində mənə məlum olmayan bir sirr gizlənmişdir. Ax, Nuriyyə xanım! Bu, dəhşətdir. Dəhşətdən də betərdir. Mən ali təhsilli qadınam. Saysız-hesabsız kitab oxumuşam. Keçirdiyim böhranın qeyri-normal bir hal olduğunu dərk edirəm. Ancaq bu məlun hissə qalib gələ bilmirəm, inanın. İnanın ki, mən, hətta, onun iş sahəsində müvəffəqiyyət qazanıb başqala-

[Mənbənin skanında burada mətn itib.]

– Əgər, siz öz mühitinizlə, ətrafınızdakı insanlarla yaxından bağlı olsaydınız, nə etmək lazım olduğunu həyat özü deyərdi. Bizim görməli o qədər işimiz var ki. Kəndlərimizin vəziyyəti sizi düşündürmürmü?

– Siz indicə dediniz ki, hər şeyin başı zəhmətdir.

– Nə cür zəhmət? Biz zəhməti ona görə çəkirik ki, əsl insan kimi yaşayaq. Günlərimiz fərəhli keçsin. Həyatımız mədəni, məzmunlu olsun. Məsələn, Güney qışlağı götürün. Gecə-gündüz işləyirlər. Artelin varı-dövləti istədiyiniz qədərdir. Amma, fərəhsiz, zövqsüz yaşayırlar. İşdən gələn kimi çörəklərini yeyib, başlarını qoyurlar yerə.

Случайное стихотворение

Другие произведения автора

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 мин
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 мин
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 мин
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 мин

Стихи других поэтов