Страница 1 из 15

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.

Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

Bu səhər də o biri səhərlərə oxşayırdı – yenə Günəş yavaş-yavaş dikəlirdi, yenə bürkünün nəfəsi duyulurdu və Bağır dirrikdə xiyar, pomidor dərirdi. Bağır balaca taxta yeşikləri doldurandan sonra yenə həmişəki kimi əllərini belinə vurub, nəfəsini dərdi. Mavi göyə baxdı, qıpqırmızı Günəşə baxdı və yenə ona elə gəldi ki, Günəş meşənin ayağındakı ağacların dibindən qalxır. Sonra Bağırın nəzərləri qoca palıdın təpəsinə ilişdi və Bağır əlləri elə belindəcə donub qaldı. “Bu nə vaxtdan başlayıb qurumağa?” Bağır zəndlə baxdı və gördü ki, budaq sınmayıb, əyilməyib, budaq dümdüz dayanıb, sapsarı yarpaqlar da üstündə. Altı unlu kimi görünən yaşıl yarpaqların arasında bir süpürgə boyu sünbülü budaq dayanmışdı, elə bil özgə ağacın budağı idi, sonradan bənd eləmişdilər bura. Bağır Günəşin şəfəqindən qızılıya çalan yarpaqlara baxdı, baxdı və hiss elədi ki, ürəyi bərk-bərk çırpınır, içini yavaş-yavaş qorxu bürüyür. “Bu nədi, Dədə palıd, yoxsa can verirsən? Yoxsa ölməyə hazırlaşırsan? Amandır, bərk dur, sən də əcələ macal verəndən sonra day bu dünyada güvənməli nə qalır?”

Bağır köməyə adam axtarırmış kimi əlləri belində qanrılıb geri baxdı, xeyli aralıda, üzü Kürə tərəf dayanmış Nurcabbarın uzun, şüy qamətini gördü. Nurcabbar tərpənmirdi, elə bil qurumuşdu, elə bil şalvar-köynəyə salınmış şalban ili, basdırılmışdı sahildə. Nurcabbarın başı da köynəyi rəngində – ağımtıl idi və ağımtıl köynəklə ağımtıl baş arasında onun kösövə dönmüş boynu qaralırdı. Bağır bilirdi ki, bu dəqiqə Nurcabbardan haray gözləmək, Nurcabbarla kəlmə kəsmək müşkül məsələdir, çünki Kürlə üzbəüz dayananda Nurcabbarın ağlı-huşu özündə olmur, balaca, qıyıq gözləri Kürün boz-bulanıq, lal-dinməz suyundan başqa heç nə görmür.

Bağır təzədən dönüb palıdın təpəsində saralan yarpaqlara baxdı, ancaq yarpaqlar barədə fikirləşmədi, Nurcabbar barədə fikirləşdi: “Bu kişini niyə belə xəlq eləmisən, fələk? Yaşı altmışı addıyıb, di gəl ki, ağlı uşaq ağlıdı. Nurcabbar o suda nə görür, o suya nə deyir? Nə var axı orada? Suyu da axır. Nurcabbar bu dünyaya gəlməmişdən də Kür beləcə axırdı. Nurcabbar bu dünyadan köçəndən sonra da beləcə axacaq. Adam suya nə qədər tamaşa eləyər?”

Üç ildən çox idi ki, Nurcabbar bu meşədə işə düzəlmişdi, Bağır kimi gözətçi idi (hərçənd iki gözətçiyə ehtiyac yox idi burda).

Bura ayaq basandan bəri elə gün olmazdı ki, Nurcabbar Kürün qırağında dayanıb fikrə getməsin. Əvvəllər ancaq şər qarışanda gedirdi çayın sahilinə, Piti Namaz bu meşədəki balaca dirriyə dadanan gündən Nurcabbar səhərlər də gedirdi Kürə baxmağa. Səhər tezdən Piti Namazın furqon “Moskviç”i dirriyin böyründə dayanan kimi Nurcabbar yollanırdı Kürə tərəf və Bağır başa düşürdü ki, Nurcabbar Piti Namazla üz-üzə gəlmək istəmir, Nurcabbarın Piti Namazdan zəndeyi-zəhləsi gedir. Bunu, deyəsən, Piti Namaz da başa düşürdü, ancaq özünü o yerə qoymurdu.

Bağır gözlərini sapsarı yarpaqlardan çəkib yana baxdı. Gördü ki, Piti Namaz xiyar-pomidor yeşiklərini səliqə-sahmanla yığır maşının banına. Bağır elə-belə baxırdı Namaza, fikri quru budağın yanında idi və deyəsən, Namaza çox baxmışdı, zəndlə baxmışdı, çünki özünə gələndə gördü ki, Namaz da ona zəndlə baxır. Namazın sifəti, boyun-boğazı tər içində idi, qaşlarında, kirpiklərində də tər işıldayırdı və tər muncuqlanan kirpiklərinin arasında gözləri gülümsəyirdi. Namazın gülümsəyən gözlərinə baxa-baxa Bağır istədi desin ki, palıd quruyur, bala, palıda azar dəyib. Bağır bilirdi ki, Namaz, Dədə palıdın dərdinə əlac eləyən deyil. Dədə palıdın ölməyi Namazın nə vecinə? Dədə palıd bu dəqiqə kökündən qopub yerə sərilsə, Namaz “uf” da deməz. Bağır bunu ovcunun içi kimi bilsə də, istəyirdi kiminləsə danışıb, bayaq ürəyinə dolmuş xofu yüngülləşdirsin. Namaz daş deyil, ağac deyil, adamdı, ürəyi var, gözləri var, qulaqları var, heç olmasa, başını bircə dəfə qaldırıb Dədə palıdın qurumuş budağına baxar, yalandan da olsa, vaysınar. Bağır ağzını doldurdu ki, desin: “Namaz bala, Dədə palıd köçür dünyadan”, amma demədi, deyə bilmədi. Namazın işıldaq gözlərindəki təbəssümdən birdən-birə elə qorxdu ki, söz boğazına balıq sümüyü təkin tıxanıb qaldı. Bu baxış, bu təbəssüm Bağıra tanış idi. Keçən ilin yayında da Namaz eynən belə zəndlə baxmışdı Bağıra, eynən belə bic-bic gülümsəmişdi və bic-bic gülümsəyən gözlərinin altı eynən belə qırışmışdı. “Bağır dayı, gəlsənə məhləni satasan mənə, – demişdi. – Ev-eşik nəyinə lazımdı, onsuz da meşədən çıxmırsan”. Və onda Bağır Namazın sözlərindən yox, bic-bic gülümsəyən gözlərindən xoflanmışdı. Bağıra elə gəlmişdi ki, bic təbəssümdən az qala partlayan bu işıldaq gözlər onu əridə bilər, yandıra bilər, ovsunlaya bilər və Bağır özünə gələndə görər ki, ata-baba məhləsi əldən gedib. Bağır qurdnan qiyamətə qalmayacaq ha, vaxt yetişəndə o da öləcək. Bəs onda yurdsuz Bağırın cənazəsini hardan götürəcəklər, camaat hara yığışacaq? Bağırın cənazəsini hardan götürəcəklər, camaat hara yığışacaq? Bağırın dalınca hansı damın altında ağı deyib ağlayacaqlar? Bağır niyə meşədə ölsün axı, fil deyil, ayı deyil, canavar deyil, adamdı. Bir də ki, Bağır kimsiz-kimsəsizdi, bəyəm? Bakıda qızı var, nəvəsi var, kürəkəni var. Bağır evi, məhləni necə sata bilər?

Onda Bağır heç nə deməmişdi Piti Namaza, elə beləcə, çarəsiz gülümsəmişdi, ancaq necə gülümsədiyindən xəbəri olmamışdı. Əgər Bağır gendən özünə baxa bilsəydi, görərdi ki, gülümsəyəndən çox, ağlamsınana oxşayır, görərdi ki, yanaqları iflic vurmuş adamın yanaqları təkin səyriyir, dodaqları dartılır. Amma, deyəsən, “məhlə” söhbətinə xitam vermək üçün kişinin yanaqlarının səyriməyi, dodaqlarının dartılmağı kifayət eləmişdi, çünki Bağırın yanaqları səyriyəndən sonra Namaz heyrətli bir şeyə baxırmış kimi donuxub qalmışdı, daha sözün ucundan tutub ucuzluğa getməmişdi.

Bəs Namaza indi nə olub görəsən? Niyə gözlərini çəkmir Bağırdan? Namazın içində nə var ki, bəbəkləri belə parıldayır?.. Palıd da, budaq da yadından çıxdı Bağırın. Bədəni gərilib ağaca döndü, qulaqları şeşələndi və Bağır fikirləşdi ki, bu dəqiqə Namazın səsini eşidəcək: “Bağır dayı, gəlsənə məhləni satasan mənə?” Bağırın qulaqları gözlədi, gözlədi, gərginlikdən uğuldadı və Bağır hiss elədi ki, day qulaqları söz eşidəcək halda deyil, lap yanında top atsalar da xeyri yoxdu. Namaz insafsız da nə dinirdi, nə gözlərini çəkirdi, elə boyun-boğazının tərini iri yaylıqla silə-silə Bağıra baxıb gülümsəyirdi, sanki Bağırın səbrini, dözümünü yoxlayırdı.

Axırı ki, Namaz nəzərlərini kişidən yayındırdı, gülümsəyə-gülümsəyə yaylığı şalvar cibinə basdı, gülümsəyə-gülümsəyə əyilib pomidor yeşiyini qaldırdı, gücə düşüb boyun-boğazının damarları şişəndə də gülümsəməyindən qalmadı.

Bağırın içini bürümüş xof çəkilib getdi, o xofun yerini adamı bizləyən, neştərləyən bir nigarançılıq tutdu. Bağır inanırdı ki, Namaz boşboşuna gülümsəyən deyil, Namazın yəqin niyyəti var. Bəs niyə dillənmir görəsən? “Məhləni sat”, desəydi, min pay bundan yaxşı idi, vallah, billah yaxşı idi, heç olmasa adam bilərdi ki, Namazın ürəyində dolaşan nəymiş, gözlərini parıldadan nəymiş. İndi gəl, baş aç bundan.

Bağır nigarançılıqdan üzülə-üzülə komaya tərəf getdi. Gedə-gedə Kürün qırağına nəzər saldı. Odey, bəxtəvər Nurcabbar sancılıb qalıb orda, səhər-səhər Namazın nə üzünü görür, nə də bic-bic gülümsəyən gözlərini. Bir də ki, Nurcabbarın Piti Namazla nə alıb-verəcəyi? Piti Namaz Nurcabbarın məhləsinə tamah salmayıb ha. Heç tamah salmazdı da, çünki Nurcabbarın evi Namazın evindən çox uzaqda idi. Ev də nə ev? Nurcabbarın çiy kərpicdən tikilmiş bir daxması vardı, aylarla kandarına ayaq basmazdı, çal-çəpərsiz həyəti vardı: çayırın, sarıtikanın, şax-şəvəlin əlindən həyətdə bir qarış da torpaq görünmürdü. Daxmasının içində fəqli bir şeyi də yox idi fağırın. Nurcabbarın koması, çayırlı-tikanlı məhləsi Piti Namazın nəyinə lazım idi? Nurcabbar o yurdu havayı versəydi də, Namaz ona yaxın durmazdı. Amma Bağırın qırmızı kərpicdən tikilmiş kürsülü evində də, səliqə-səhmanlı, bağ-bağçalı həyətində də Namazın gözü vardı. Qapıbir qonşu idilər, aralarından ensizcə barı keçirdi. Bağırın həyətindəki tut ağacının bir yoğun budağı Namazın həyətinə sallanmışdı, budaqdakı tutun dəymişi də, kalı da Namazgil tərəfə tökülürdü. Namaz da həyətin hansı bucağında manqal qoyub kabab bişirsəydi, ağımtıl tüstü burula-burula, sallana-sallana düz Bağırın evinə gəlirdi, qapı-pəncərədən içəri dolurdu və otaqdakı mitilşitilə, bütün əşyalara kabab iyi hopurdu. Bağır evdə az-az olurdu; həftədə-ayda bir dəfə gəlirdi və qapını açıb otağa girən kimi burnuna kabab iyi dəyirdi. Onda Bağır çıxıb artırmada dayanırdı. Namazın şüşəbəndli, şiferli evinə, gen-bol həyətinə acıqlı-acıqlı baxırdı. Sonra

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 мин
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин

Стихи других поэтов