“1906-1956”
Səməd Vurğuna
İnsan dünyaya gəlir,Təvəllüdü yazılır.İnsan dünyadan gedir,Baş daşında bir tire,İki rəqəm qazılır...
İnsan dünyaya gəlir,İllərlə qələm çalır.Zəkasına baş əyib,Ulduzlar da alçalır.İnsan dünyadan gedir.Onun həyat yolundanKiçik bir tire qalır.
Ömrün uzun yolları!Ötsə də üstünüzdən,Siz ey kiçik tirelər!
Zamanın sərt ruzgarı;Səyyarələr yağsa daGöylərdən dolu kimi.Böyüyən bir dühanınŞərəfli yolu kimi.Mərmərlərə həkk olan,Siz ey kiçik tirelər!..Mənalı insan ömrü,Heç vaxt getməyir hədər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-1906-1956
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
MənimEy mənimlə həmdəm olan bivəfa,Dərd əlindən ahu-zarım var mənim.