Cəhridən yuxarı, dağdan aşağı,“Payızçay” bağların gümüş qurşağı,Tüstüdən çatılır göy qovuşağı,Ocaq qonağıyam, göz qonağıyam.

Nə deyim, nə deyim, mən oxucuma;Xoşdur ovçu ata, kola ov cuma.Kəhriz buz suyunu süzür ovcuma –Bilir ki, bu yerin söz qonağıyam.

Söyüdlər telini tökür üzümə,Çiçəklər boy atır, qalxır dizimə.Cəvizlər, əriklər baxır gözümə,Bir dünya baxımlı göz qonağıyam.

Qələmə deyiləm, yelsiz əyiləm,Gərək meyvə kimi şirin yeyiləm.Mən şair İslamam, özgə deyiləm,Payız meşəsinin öz qonağıyam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе