Müəllim
Müəllim! Bu sözün mənası dərin,Onun hər ürəkdə öz yeri vardır.Odur ilhamçısı gənc nəsillərin,Fikri, düşüncəsi bir ilk bahardır.
Müəllim! Bu ada min dastan desəm,Nə sözüm tükənər, nə qəlbim susar.Ona canımı da mən qurban desəm,Bir şair qəlbinin buna haqqı var.
Ağsaçlı, mehriban müəllimimi,İndi də arabir hərdən görürəm.Özümü itirib bir uşaq kimi,Ayağa qalxaraq salam verirəm.
Dünyanın ən böyük dahilərini,Müəllim yetirmiş parta dalından.Onun qayğısını, alın tərini,Dostlar, unutmayaq gəlin heç zaman.
Deyirəm, görəsən cahanda kimin,Bir müəllim təki xidməti vardır.Dahilərə dərs deyən bir müəllimin,Milyon könüllərdə hörməti vardır.
Onun şərəfidir, onun öz adı,Neçə gənc mühəndis, neçə həkim qız.Cavan pilotlardır onun qanadı,Odur ki, göyləri gəzir qayğısız.
Müəllim! Böyükdür, yüksəkdir bu ad,Onu uca tutmaq şərəfdir bizə.O, öz qayğısıyla firavan, azad,Nəsillər yetirir, ellərimizə.
Gəlin alqış deyək dostlar, ürəkdən,Əsil müəllim tək yaşayanlara.Şerimlə gül dəstə bağlayıram mən,Bu adı şərəflə daşıyanlara!
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-muellim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın