Xəzər romansı
Axşamdan ləpə yorğun,Dəniz özünə vurğun.Ulduz suyamı düşdü?Hər damla bir gümüşdü.
Xəzər tərli aynadı,Birdən sular oynadı.Oynadı qəlbim kimi,Qaynadı təbim kimi.
Saldığım sıx buruqlar,Göründü qatar-qatar.Dəniz məni saxladı,Boynumdan qucaqladı.
Bakı büründü zərə,Mahnı dedim Xəzərə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-xezer-romansi
Клавиши ← → для перехода, R — случайное стихотворение