Bir fırtına quşutəkSizə dəydikcə külək;Duma kimi süzərək,Qaqqıldaşın, dalğalar,Aşıb-daşın, dalğalar.

Siz qaynar həyatsınız,Kükrəyən ağ atsınız.Nəğməmə qanadsınız,Sahili şən dalğalar,Ey öpüşən dalğalar.

Ayın beli bükülür,Ulduz suya tökülür.Üfüqdə dan sökülür,Yatın barı, dalğalar,Ey mirvari dalğalar.

Sevgilim dənizdədir,Ay yelkəni üzdədir.Sular məndən gizlədir,Axın, axın dalğalar,Ona baxın, dalğalar.

Baş qaldırın dərindən,Tutun şümşad əlindən.Onun əsmər telindənÖpün, duzlu dalğalar,Mavi gözlü dalğalar.

Qoy bilsin o aybəniz,Sinəmdədir o dəniz.Sahilsiz qəlbimdə sizÇalxalanın, dalğalar,Dalğalanın, dalğalar!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов