Əqrəblər fırlanır... əriyir gecə,Qəlbim həkk olunur ağ varaqlara.Ömrümdən bir yarpaq dərib gizlicə,Bu gün də çəkilir lap uzaqlara.Bu vaxt dan sökülür... yeni bir səhər,Qoynunda sevimli şirin nəğmələr.Ömür yollarıma səpib gül-çiçək,Mənə “buyur” deyir gülümsəyərək.

Deyirəm, ömrümdən keçsə də illər,Sabaha getsəm də əlimdə əsa.(Keçdiyim yollara baxaydı ellər,Axı yaşamaram ellər olmasa).Mən nəfəs dərərək çevrilib geri,Süzərək keçdiyim ötən günləri,Həyat dil açaraq deyəydi birdən:– Xeyirxah əməllər carçısısan sən.

Kim bilir, bəlkə də elə o zaman,Başıma toplaşıb gələcək nəsil.Könül dəftərimin varaqlarından,Fikrimi, hissimi biləcək nəsil.Baxıb alnımdakı qırışıqlara,Gözümdə parlayan saf işıqlara.Ömür yollarını duyub dərindən,Bərk-bərk tutacaqlar öz günlərindən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов