Fizuliyə ithaf

1Yarıb daş sinəli qərinələri,Şerinlə ucaltdın özünə heykəl.Keçdikcə ömrünün qaynar illəri,Dünyaya bəxş etdin min incə qəzəl.Qəlbinin hər teli kamana döndü,Ahın ağ örpəkli dumana döndü.Tutuşdun yanar bir eşq atəşinə,Səməndər sayağı alışdı qəlbin.Leylinin – Məcnunun təmiz eşqinəBir dastan yaratdı o şair təbin...Bu sevda yolunun yorğunuyam mən,Füzuli şerinin vurğunuyam mən!..

2Gözəllər olduqca Məkkən-Mədinən,Məhəbbət dil açdı hər sətirində.Cananın zülfünü oxşadıqca sən,Elə bil məst oldun gülün ətrində.Qəlbindən bulaqlar axıb süzüldü,Mirvari sözlərin çin-çin düzüldü.Dilbər səhərlərin seyrinə daldın,Ötdü sarı köynək şehli budaqda.Meylini bir yeni qəzələ saldın,O da nəğmə olub gəzdi dodaqda.Səni arzuladı Odlar vətəni,Lakin Şərq qəlbində gəzdirdi səni.

3Sən qoca Bağdadın halına yandın,Orda nəşədən çox dərd, bəla gördün,Ədalət naminə ellər dolandın,Xorasan addadın, Kərbəla gördün.Nur olub süzüldün, su olub axdın,Lakin oyanmadı o qara baxtın.Sarbanı olduqca söz karvanının,Yükün kədər oldu, yükün qəm oldu,Şair! Öz dövrünün, öz dövranınınNiyə hər naləsi səndə cəm oldu?Dünyanın sənin tək dərdlisi varmı,Bir qəlbə bir elin dərdi sığarmı?..

4Keçdin fırtınalı qərinələrdən,Füzuli, oyatdı xəlqi əfqanın.Yaşatdın, hifz etdin qüdrətinlə sənÖz doğma dilini Azərbaycanın.Deyirlər anan da ellər adındanDemiş: o ləhcənə, dilinə qurban!Dörd yüz il keçsə də, şair, yaxşı bax,Yenə də dilimin keşiyindəsən.Demə ki, unudub məni bu torpaq,Sən doğma elimin beşiyindəsən.Sənə layla deyir göy ulduzları,Bir də yurdumuzun ceyran qızları.

5Füzuli! Güldükcə hər yeni səhər,Min gözəl yetişir gözəlin kimi,Elin yaratdığı təzə nəğmələrDillərdə dolaşır qəzəlin kimi.Sən günlə çıxırsan, ayla batırsan,Xalqınla bir durub, birgə yatırsan.Hər il novruzgülü çıxanda qardan,Sən də qədəm basıb bizə gəlirsən.

Güldəstə bağlayıb bu ilk bahardan,Çəmənə çıxırsan, düzə gəlirsən.Yetər, ay Füzuli, şəbi-hicranın,Sən qəlb şairisən Azərbaycanın!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине