Sülh! Bu səsdə həyat var,Çünki minlər, milyonlarKönül vermiş bu ada.Sülh şirin bir arzu tək,Üç rəngli bayrağım tək,Müqəddəsdir dünyada.

Sülh deyəndə hər zaman,Yurdumuzda canlananTəbiəti görürəm.Sülh deyəndə xalqımınRəhbərə bəslədiyiMəhəbbəti görürəm.

Sülh – həyatın mənası,Anaların laylası.Körpələrin səsidir!Sülh-ağ saçlı dünyanın,Milyon-milyon insanınHəqiqət nəğməsidir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине