VII fəsil, 2
Gəncə çayı selləmə gəldiyindən onun qıjıltısı şəhəri başına götürmüşdü. Bu qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa vaxtlar şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi şəhərin ucqar küçələrində belə eşidilirdi. İndi isə beş addımlıqdan heç nə eşitmək mümkün deyildi.
XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya doluşmnş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara söykənib mürgüləyənlər də var idi.
Üsyançılar dəstəsi körpünü keçib kazarmaya yaxınlaşdı. Qaçaqlar isə öz atlı dəstələri ilə arxa tərəfdən gələrək əsgərlərin yataq yerlərini əhatə etdilər. General Cavad bəy və polkovnik Cahangir bəyin başçılıq etdiyi dəstə bir göz qırpımında irəli cumdu, keşikçilər özlərinə gələnə qədər onları sıradan çıxartdı və əsgərlərin üstünü aldı. Əsgərlərdən silah götürmək və atəş açmaq istəyənlərə imkan vermədilər.
Üsyançılar tərk-silah etdikləri rus əsgərlərini cərgəyə düzüb qabaqlarına saldılar və birbaş Gəncə qalasına gətirdilər...
Cavad bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini möhkəmlətdikdən sonra qərargaha qayıtdılar. Onların üzləri gülürdü. İlk əməliyyatları uğurlu keçmişdi. Zirzəmidə bir qədər oturdular və nəfəslərini dərdilər. Sonra Cavad bəyin yavəri Əmrahın gətirdiyi çayı içdilər. General Cavad bəy kəşfiyyatın ona gətirdiyi məlumatı yazı masasının üstünə qoydu və polkovniklə birlikdə oxumağa başladılar. "Şəhərin strateji əhəmiyyəti olan xeyli hissəsi rus qoşunlarının əlində idi. 20-ci atıcı diviziyanın 178-ci və 180-ci atıcı polkları çayın sağ sahilində, şəhərin ermənilər yaşayan hissəsində yerləşmişdir. Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. Düşmənin cəmi 2000 döyüşçüsü, 30 pulemyot, bir artilleriya divizionu, Zurnabad kəndində 450 nəfərdən ibarət 20-ci atlı briqadası, 8 pulemyotla bir atlı top batareyası və şəhərin 6 km-də yerləşən Helendorf qəsəbəsindəki diviziyanın öz iki, ikitoplu batareyası ilə artilleriya qərargahından ibarət idi. 3-cü briqadanın komandiri isə keçmiş çar zabiti Şirmaxer idi".
Cavad bəy məlumatı oxuduqdan sonra üzünü Cahangir bəyə tutdu:
– Biz ikitərəfli plan hazırlamalıyıq. Birincisi, şəhərin bütün giriş yollarını istehkama çevirməliyik. Şəmkir yolundakı topların sayını artırmalı, keşikdə dayananların miqdarını çoxaltmalıyıq. Bu il Qoşqar çayı həddindən artıq daşdığından yolları sel basmışdır. Bu bizim xeyrimizədir. Gəncəyə gələn ikinci yol Xaçbulaq yoludur. Balçılı tərəfdən şəhərin yeganə əlaqə yolunu çox ciddi qorumalıyıq. Məni ən çox narahat edən Helendorf tərəfdir. Əvvəla, bu tərəfdə erməni kəndləri var, ikinci də həmin yol şəhərin ermənilər yaşayan hissəsiylə birləşir. Bu ermənilərin rus ordusuyla birləşəcəyinə şübhəm yoxdur. Bakıda olduğu kimi burada da onlar xəyanət edə bilər; gah daşnaka, gah bolşevikə çevrilərlər. Biz bunları nəzərdən qaçırmamalıyıq.
Cavad bəyə diqqətlə qulaq asan polkovnik dərhal ona cavab verdi:
– Şəhərin ətraf yollarını, ətraf kəndlərini qoramağı və nəzarət altında saxlamağı adlı-sanlı qaçaqlara tapşırmalıyıq. Bizim Sarı Ələkbər, Qaçaq Qəmbər, Topalhasanlı Cabbar, Topalhasanlı Xallı Heydər, Qabaxtəpəli Dəli Xəlil, Tatoğlu Hasan, Sarı Qafar, Qaçaq Məmmədqasım, Nainsafoğlu Məmmədəli kimi igidlərimiz var. Onları bolşeviklərin təsiri altına düşməyə qoymamalıyıq. Və şəhərin ətrafını qorumağı onlara tapşırmalıyıq. Adlı-sanlı general və zabitlərdən isə şəhərin özündə və hücumlarda istifadə etməliyik.
– Bəs qəti hücumu ayın neçəsində etməliyik? - deyə Cavad bəy soruşdu.
– Mayın 25-dən 26-a keçən gecə. Ancaq ona qədər alınası yerlər var. Mən döyüşçülərimi şəhərin erməni hissəsində yerləşən 178 və 180-ci polkların üstünə qaldıracam. Sonra da dəmiryol vağzalını tutarıq. İndi isə hazırlaş, gedək istehkamları yoxlayaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-vii-fesil-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.
İkinci hissə, 1Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
İkinci hissə, 2Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.
Стихи других поэтов
Səndən xəbər alım, ay Çoban Qara,Bu var, dövlət, qızıl pullar kimindir?
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardımGəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,