VII fəsil, 3
Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.
Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
Küçələrdə, meydançada əsgərlər, atlı zabitlər də dolaşırdı. Onlar dərhal atlandılar və süvari zabitlərin müşayiətilə səngərləri, döyüş vəziyyətini yoxlamağa getdilər. Cavad bəyin dəstəsi Şəmkir yoluna tərəf, Cahangir bəy isə körpünü keçərək erməni hissəsinə doğru yollandı.
Zahirən şəhər sakit görünsə də, bir daxili narahatlıq da sezilirdi. Bakıda aprel ayının 28-də Demokratik Azərbaycan Respublikası devrilmişdi. Bolşeviklər XI Qızıl Ordunun köməyi ilə hakimiyyəti ələ almışdılar. Parlamentin yığıncağında Həmid Sultanov və Çingiz İldırım hökumətə ultimatum vermişdilər. Sonra bu ordu Gəncəyə gəlmiş, şəhəri zəbt edərək əsasən Gəncə çayının sağ sahilində, şəhərin 2-ci hissəsində yerləşmişdi. Əsgərlər yarımçılpaq və ac idilər. Onlar qapılara düşüb dilənir, yeri gələndə oğurluq da edirdilər. Hər addımbaşı təhqir və cəza gözlənilirdi. Ona görə də, şəhər əhli uzun müddətdən bəri vərdiş etdikləri adəti saxlasalar da, narahat idilər. Günorta namazının vaxtı yaxınlaşırdı. Müəzzin asta-asta minarəyə qalxdı. Ötkəm və qumral səslə əzan oxudu və dindar müsəlmanları ibadətə çağırdı. Məscidlərdə ibadətlərin qurtarmasına qədər gözlədi və axırda onun zil səsi yenidən eşidildi:
– Ey müsəlmanlar, ey camaat, ey əhlidinlər, bilin və agah olun: şəhərimiz üsyan etmişdir. 2 mindən çox gavur əsgəri tutulub qalaya salınmışdır. İndi biz ayağa qalxmış şəhərimizin qiyamçılarına kömək etməliyik. Onların başçıları general Cavad bəy Şıxlinski və polkovnik Cahangir bəy Kazımovdu. Allah-taala onlara kömək olsun.
Müəzzin sözünü qurtaranda meydan adamla dolmuşdu. Tərpənməyə yer yox idi. Birdən izdihamın aşağı hissəsi dalğalandı. Camaat general Cavad bəy Şıxlinski ilə polkovnik Cahangir bəy Kazımovu çiyinləri üzərinə alaraq meydan boyu gəzdirdi.
Sevincdən gözləri yaşaran Pişnamazzadənin təklifi ilə xalq milli hökumətin bərpası uğrunda son damla qanına qədər vuruşacağına and içdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-vii-fesil-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.
12Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?
13İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.
14Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.