Bu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Bu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildim,Bu qan, bu dig ki, derlər, ğeyrəti-əğyar imiş, bildim.
Bu kim, qalur gözi açux ölür çağında aşiqnün,Sevir dildarini, ol həsrəti-dildar imiş, bildim.Görünməz zərrəcə azğın nigara, deridim, leykənGülər çağında, ey xurşid, ağzın var imiş, bildim.
Zəmanə bəzmidə hər kim ki, içdi şərbəti-vəslin,Fəraqın zəhrini dadmaq ana naçar imiş, bildim.
Rəqib sözünə baxmazdım visalın istəyib, əmmaMəni məhrum edən bu bəxti-nahəmvar imiş, bildim.
Dəhanın fikridür hər dəm, ədəm saru uçar könlüm,Ba açux dünyada anun məqamı dar imiş, bildim.
Cəhanü canidən, ey Kişvəri keçmək bolur asan,Vəli məhbub canidən keçib düşvar imiş, bildim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-bu-kim-olmekdurur-adi-feraqi-yar-imis-bildim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pozulaydı səffi-təndən rişteyi-can, kaş ki,Getməsəydi əldən ol zülfi-pərişan, kaş ki.
Aşiq oldum görgəc ol məstanə çeşmin fətciniAşiq oldum görgəc ol məstanə çeşmin fətcini,Görürəm hər baxışında yüz bəlavü-rəncini.
Ah kim, sevdim yenə bir kafəri-xunxarəniAh kim, sevdim yenə bir kafəri-xunxarəniKim, cahanda istəməz bir gün məni-avarəni.
Getdi can, göydü könül, ta gördüm, ey canum səniGetdi can, göydü könül, ta gördüm, ey canum səni,Canü dil birlə sevibmən neyləyim canum səni.
Стихи других поэтов · О любви
Mən səni ulduzlarınİşığında axtardım,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən