Məni ol xosrovi-xuban pütig birlə yad etmiş,İnayət nameyidir kim, məni-naşadi şad etmiş.

Ğələt qıldım pütg irməz bu tə’vidi-məhəbbətdirKi, mən divanə içün ol pəri səvad etmiş.Nə tə’vidi-məhəbbət kim, əzəl divanədən guya,Səadətnamədir bu ki, ömrümni ziyad etmiş.

Səadətnamə demən anə, var bir ayəti-rəhmətKi, ruhul-qüdsi-irsali-məni-xaki nəhad etmiş.

Uyurkən nagəhan qıldı məni bihuş anın zövqi,Oyanğəc cani gördüm kim, bədənğə xeyr yad etmiş.

Dilab həqdən muradım pabusundur sənin, əmmaMəni bu talei-sərgəştə mundaq namurad etmiş.

Şikəstə Kişvəri şövqi-cəmalın barğalı, cana,Yonub kipriklərindən xamə, göz qanın mədad etmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов