Səlamət əhlini xunxarə çeşmin nagəhan görgəc,İrür xöşbəxt onun tək kim, hərami karivan görgəc.

Xuraman qəddini görgəc məni-divanə can verdim,Uş andaq kim, verür can tilbə it abi-rəvan görgəc.

Saçun fikridürür könlümdə, yox təskini anunçünNecə uysun bir av qoynunda tulğanmış yilan görgəc.Bəzətmiş zərvərəq birlə yüzü tərk azdurdu könlümniKi, tiflin meyi çoxraqdur vərəqi-zərfişan görgəc.

Nişani-xaki-payini öpərmən xanda kim, görsəm,Anun tək kim, öpərlər xəlq sultandan nişan görgəc.

Sarı don içrə ta görsəni laləm təhəyyürdənKi, çıxmaz üni bülbülnin gülüstani xəzan görgəc.

Səri-kuyində anmaz Kişvəri firdovsi-gülzari,Mühəqqər bağı unutdu behişti-cavidan görgəc.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе