Hicrara könlüm sorur hər dəm ləbin əhvalını,Gərçi var mührəq büti əmma yalaydür balını.

Gözlərin aldı qərarü səbrü aramım mənim,Ol kişi tək kim, hərami aldı anın malını.

Al yanağın tökmək istər qanım, ey Leylivəşim,Necə kim, Məcnunəm, əmma bilmədim anın alını.

Dağlar göydürdüm, kəsdim əliflər köksümə,Zahir etdim ziynət içün, munca xəttü xalını.

Aşiqi-sabitqədəm oldur ki, İbrahim təki,Padişahlıqdan keçib geydi gədalıq şalını.

Ey ki, dersən, zahida, qalxandan etməz tiri-eşq,Vay əgər görsən sən anun ğəmzeyi-qəttalını.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri tək zəhr oldu xumari qəm biləOl dəm ol nərgisi-bimar sormaz halını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви