Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi,Könlümü bağrım bütün, səbrü qərarım var idi.

Könlümün şəhrində sultanlar təki hökm eyləyüb,Şadman övqatimü xoş ruzigarım var idi.

İtlərinlə həmdəmü vaxtin xoş irirdi ruzü şəb,Şəhr idi, mə’murü adil şəhriyarım var idi.

Gərçi hər gün uçar edürdi, yüz bəlayə şad idim,Ğəm yüzini görməz idim, ğəmküsarım var idi.

Bir güli-xəndan içün bülbül kimi nalan idim,Bir gecə çün və’dəbusü kəqarım var idi.

Gözü nərgis, yüzü lalə, ağzi qəndü qəddi sərv,Bir neçə gündə nə xoş bağü bəharım var idi.

Макта — последний бейт с тахаллусом поэта. Kop güvənmə Kişvəri kim, mö’təbərsən payın dəKim, mənim həm səncə bir gün e’tibarım var idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе