Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim,Kimsə bilməz kim, fəraqində nə halım var mənim.

Gögə çıx, ey naləvü bu əxtəri-sərgəştədin,Sorgil əhvalımnı, gör kim, nə zəvalım var mənim.

Yar ğəmdin özgə hasil vermayin bu bağara,Bir səmənbər sərvqəd nazik nihalım var mənim.

Gəh ləbin zikrin vəsfin qılurmən, gah belin,Gör nə təb’i-nazikü incə xəyalım var mənim.

Макта — последний бейт с тахаллусом поэта. Kişvərinin yüz sualə bir cəvab olmaz nədən,Ol ləbi-şəkkərfişandan bir sualım var mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви