Sən ol Yusifsən, ey dilbər ki, Kən’anda ola bilməz,Sənün tək bir güli-cənnət gülistanda ola bilməz.

Təalallah, zəhi surət, mələksən ya pəri, canaKi, bu şəklü şəmayil nəsli-insanda ola bilməz.

Dutub mən hicr ilə ülfət, visalın birlə şad olman,Səməndər tək, kim odsuz abi-heyvanda ola bilməz.

Saçun tək nafeyi-pürçin Xutəndən çıxmaya hərgiz,Ləbündən lə’li-canpərvər Bədəxşanda ola bilməz.

Макта — последний бейт с тахаллусом поэта. Könüldə, Kişvəri, qılma məqami ol pərinin kim,Məcazidür bəsi nazik, bu zindanda ola bilməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов