Sənsiz ol bixanuman kim, var idim, varəm hənuz,Eylə rüsvayi-cahan kim, var idim, varəm hənuz.

Qönçəyanlığ bağlu ağzım lalə nisbət ğərqi-xun,Həsrətindən həmçinan kim, var idim, varəm hənuz.

Çeşmi-xunəfşan bilə sən nazənindən ayrılıb,Həmdəmi-ahufəğan kim, var idim, varəm hənuz.

Nərgizi-bimarına türlü təvanalıq bilə,Ol burunqi natəvan kim, var idim, varəm hənuz.

Sən vəfavü mehrini tərk etdin, ey bədmehri-yar,Yoxsa mən miskin həman kim, var idim, varəm hənuz.

Макта — последний бейт с тахаллусом поэта. Keçmə, cana mehribanlığdan ki, bu qul Kişvəri,İtlərünə mehriban kim, var idim, varəm hənuz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви