Zahida, qıl rəhni-mey bu xirqeyi-salusini,Badə-pala tək boyat pirahəni-namusini.

Ğafil olma dövri-gərdundan ki, əyyarvəş,Qapdı Dara təxti birlə əfsəri-Kavusini.

Bütpərəsti-köhnəmən, sinəmdədür nalan könül,Bu kəlisa içrə asılmış görün naqusini.

Heyifdür kim, sən rəqib ilən müsahib bolğasan,Zağ ilən gördü həmdəm cilveyi-tavusini?

Qalmışam könlüm evi zindan xəyaluna, bəli,Yox əcəb zindanə varmaq dutsalar casusini.

Çizginür ey şəm’, könlüm başına kakil kimi,Şəm’ tək dudi durur cizgindirin fanusini.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri, qılma məni də’vət İrəm bağinə kim,Verməzəm iki cəhanə şol gülün pabusini.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине