Molla Pənah "Vaqif" təxəllüsləri
Страница 2 из 7 · 14%
1209-cu səneyi-hicriyyədə--ki, miladın 1795-ci ilinə mütabiqdir,--Ağa Məhəmməd şah əsakiri-əzim və ləşkəri-kəsir götürüb, Qarabağı və Tiflisi və İrəvan və Gəncə və Talış vilayətlərini təsxir etmək üçün röyəti-əzimət əfraştə edib Azərbaycana varid oldu. Onun məşhur sərkərdəsi şahsevən Əliqulu xanı bir para sair xanlar ilə İrəvan qalasını təsxir etmək üçün təyinü müqərər buyurub, özü dəxi İran qoşunun tamamən götürüb, cəmiyyəti-firavan və əsakiri-bipayan ilə Şuşa qalasın təsxir etməyə və İbrahim xana tənbeh etməyə Arazdan keçib, Qarabağa varid oldu və qalanın on iki mənzilliyində ordusu ilə düşüb aramyab oldu. Məlum ola ki, ol vaxtda Tiflis valisi İrakli xan və İrəvan hakimi Məhəmməd xan və Talış hakimi Mirmustafa xan İbrahim xan ilə and içib sözbir olmuşdular ki, heç vaxt Ağa Məhəmməd şahın itaətini qəbul etməyib bir-birilə müttəfiq və həmrəy olsunlar. Bu əhdə görə, Qarabağın elat camaatından xan bir parasına izn vermişdi bəziləri Tiflis səmtinə və bəziləri İrəvan səmtinə getmişdilər və baqi elatın ki, əksəri dəftərdə və siyahidə qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sakin olub, çox süvarə və piyadə böyük və kiçik toplar ilə amadeyi-cəng olub, qaladarlıq əsbabına məşğul var idilər. Otuz üç gün Ağa Məhəmməd şah qalanın həvalisində əyləndi və o qədər sipahi-əzim ilə qadir ola bilmədi ki, qalanın üç-dörd verstliyində olan Şuşa çayının kənarına yavuqlaşa bilsinlər.
Qarabağın atlı və piyada qoşunu, elat və dehat əhlləri və mahali-Dizaq və Vərəndə və Xaçın məlikləri dərələrdə, meşələrdə və güzərgahlarda qarət və təsəllüt əllərin qızılbaş qoşununa açıb, hər gün onlara zərərlər yetirib və kəsiblər gətirib müzahim olurdular. Mərhum Mirzə Cəmal vəzir Qarabaği yazır ki, "ol vaxtda mən həm özüm İbrahim xanın hüzurunda idim və hər gün sadir olan vaqeatı, vəqaye və əhvalatı görürdüm və Qarabağ əhli--müsəlman və erməni külli qoşun ilə xanın hüzurunda cəngə amadə durmuşdular. Bir gün Ağa Məhəmməd şah xanı qorxutmaq və xövfə salmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsaidi-Seyid Məhəmməd Şirazı təxəllüsdən İbrahim xana yazıb göndərdi:
Ze məncənəqe-fələk sənge-fetne mibarəd,
To əbləhane gerefti miyane-Şişe qərar. [1]
[1] Tərcüməsi:
Fələyin mançanağından fitnə daşı yağır,
Sən əbləhcəsinə Şişə içərisində qərar tutmusan.
Bu kağız xana yetişən kimi verdi öz nədimi-həzrəti və müşiri-məmləkəti Axund Molla Pənah "Vaqif" təxəllüsə. Axund mütaliə edib, filfovr haman məktubun dalına bu fərdi özü inşa edib xana verdi və o da geri yollandı. Haman fərd budur:
Gər negəhdare-mən anəst ke mən midanəm,
Şişera dər bəğəle-səng negəh midarəd. [2]
[2] Tərcüməsi:
Əgər məni qoruyan mənim bildiyimdirsə,
O, şüşəni daşın ağuşunda qoruyar.
Elə ki, Ağa Məhəmməd şah bu kəlamı oxudu, atəşi-qəzəbi cuşa gəlib, əmr elədi ki, qalanı gülləbaran edib, saiqəbar və atəşkirdar toplara od qoysunlar. Amma nə xan və nə onun əyanü ənsarı və dilavər qoşun sərkərdələri əsla qorxmayıb, bu gunə təhdidatı nəzərə almadılar və gecə-gündüzlər Qarabağın atlı və piyada qoşunu fövc-fövc yolları kəsib, Ağa Məhəmməd şahın ordusuna gələn azuqə karvanını və ordudan kənara çıxan qoşun əhlini və ulağını tutub öldürüb, əsir və qarət edib, xanın hüzuruna gətirirdilər. Neçə dəfə Ağa Məhəmməd şah öz külli qoşunu ilə hücum etdi ki, qalanı təsxir eləsin, amma İbrahim xanın rəşid və qoçaq süvarə və piyadə əsakiri və dilir olan sərkərdələri onun müqabilinə çıxıb, mərdanə dava edib, onu məyus və məğlub geri qaytardılar. Axırda Ağa Məhəmməd şahın əli puça çıxıb, Gürcüstan səmtinə üz qoydu. Çiləbörd mahalının məliki Məlik Cünun və Gəncə xanı Cavad xan Ağa Məhəmməd şahı Qarabağdan salamat çıxarıb, Tiflis səmtinə vali üstünə aparmağa bələdlik və dəlillik etdilər. Ağa Məhəmməd şah Tiflis şəhərini fəth və qarət edəndən sonra Muğan səhrasına qayıtdı, bu qəsd ilə ki, qış fəslini orada keçirib, baharda yenə Şuşa qalasının üstə gəlsin. Amma qışın axırlarında şaha İrandan xəbər gəldi ki, Şiraz və Kirman vilayətlərində inqilab düşübdür. Lütfəli xan Zənd şaha yağı olub, ol vilayətlərə təsəllüt tapıbdır. Bu xəbəri eşitcək Ağa Məhəmməd şah Qala üstə gəlməyi mövquf edib, İran səmtinə mütəvəcceh oldu.
Bu halda Rusiya sərdarı general Zubov Yekaterinanın əmri ilə Gürcüstan padşahı İraklinin istimdadına Dərbənd şəhərinə yetişdi və Qalanı müsəxxər qılıb, Səlyana gəldi və oradan Şamaxı həvalisinin qürbündə ordusu ilə bir gözəl səhrada əyləşdi. İbrahim xan öz oğlu Əbülfət xanı Qarabağın neçə şayistə bəyzadələri ilə cins atlar və mərğub töhfə və hədiyyələr ilə Zubovun hüzuruna göndərib, kəmali-riza və rəğbət ilə öz xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət qıldı. Və xülusi-təmam ilə bir ərizə Molla Pənaha yazdırıb, imperatoriçə Yekaterinaya göndərdi.
General Zubov Əbülfət xana və onunla gedən bəyzadələrə və sair elçilərə artıq hörmət və izzət göstərib, xanın ərizəsini mərsul olunmuş mötəmid ilə öz eşikağasına qoşub, Rusiya imperatoriçəsinin qulluğuna göndərdi və İbrahim xana yaxşı və ləyaqətli tövfələr göndərdi və onların cümləsindən mürəssə cəvahirli əsa xanın müşiri Molla Pənah Vaqifə tərsil elədi.
Hicrətin 1212-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1797-ci ilinə mütabiqdir,--Ağa Məhəmməd şah ikinci dəfə, bahar mövsümü olanda sipahi-besyar və əsakiri-bişümar ilə Qarabağa, Şuşa qalasının üstə gəlməyə azim oldu və İbrahim xanın rus imperatoruna itaət göstərməyini eşitmişdi. Ona görə xana onun ədavət və küdurəti həddən ziyadə idi. Çün o vaxtı Qarabağ vilayətinə afəti-səmavi və ərzi üz vermişdi və böyük aclıq və qəhətlik hüsula gəlmişdi və necə ki, bu aclığın barəsində Qarabağın məşhur müvərrixi Mirzə Cəmal yazır: "Buğdanın bir çetverti (yəni səkkiz pudu) yüz manata, arpa və darının çetverti altmış manata çətinlik ilə tapılırdı və xalq at, eşşək və qatır əti yeyirdilər. Onların, əlbəttə, dava və döyüş etməyə qüvvət və tavanaları yox idi və hərə bir tərəfə dağılmışdı. Çox adamlar aclıqdan həlak olurdular. İbrahim xan gördü ki, Ağa Məhəmməd şahın hücum və hərəkətinə müqabilə etmək qeyri mümkündür, ona görə labüd öz evini və ətfal-əyalını və cannisar olan mülazimlərini və bir para məruf və xəvassları özü ilə götürüb. Dağıstanın Car və Tala vilayətinə azim oldu və orada Bələkanda Ümmə xanın evində sakin oldu. Və bu tərəfdən Ağa Məhəmməd şah davasız və şavasız Qala şəhərinə varid olub, İbrahim xanın böyük oğlu general-mayor Məhəmməd Həsən ağanın imarətində əyləşdi və bu heyndə çox adamları qətlə yetirdib, Molla Pənahı zindana saldırdı. Bu qəsd ilə ki, onun haqqında böyük siyasət eləsin, çünki onun İbrahim xana müqərrəb olmağını eşitmişdi və qədimdən onunla əlavəti var idi".
Mirzə Cəmal qalabəyi öz tarixində Molla Pənahın ölmək əhvalatını bu sayaq yazır: "Molla Pənah bir sahibi-kəmal və müdəbbir, təcrübəkar və xoşgöftar bir adam idi və özü dəxi İbrahim xanın vəziri və çox mötəmidi idi ki, ümuri-hökumətdə [İbrahim xan] Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və xan dəxi qəlbən ona inanıb, etimad etmişdi. Belə ki, övladından artıq onun xatirini mənzur tutardı və ona çox hörmətlər edib, ixtiyari-külli vermişdi. Xan Dağıstana və Car-Bələkana gedən vaxtda Molla Pənah, bir rəvayətlə muğanlı Cəmil ağanın ittifaqı ilə--ki, Təklə Muğanlı həm əslən qədim Qazax elindəndirlər,--ikisi Tiflis canibinə getmişdilər və oradan Qarabağa müavidət edən zamanda və yainki bir rəvayətə görə, Ağa Məhəmməd şahın qorxusundan Qarabağdan qaçıb, xanın dalısınca o tərəfə əzm etdiyi halda Gəncə dağlarının həvalisində Gəncə hakimi Cavad xan onu özünə ümdə və böyük sovqat bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onun qətlinə şövqmənd idi. Elə ki, Molla Pənahı dəstgir edib Ağa Məhəmməd şahın hüzuruna gətirdilər, axşam olmağına görə, şah buyurdu ki, onu möhkəm saxlasınlar ki, sübh açılanda onu əzim siyasətlə qətlə yetirəcəyəm. Əzqəza iş belə gətirdi ki, haman gecə şahın özü qətlə yetişdi və Molla Pənah salamat qaldı.
Çün Molla Pənahı qürüba bir və ya iki saat qalmış əlibağlı Məhəmməd Həsən ağanın imarətinin qapısına gətirdilər ki, şah orada mənzil etmişdi, Məhəmməd Hüseyn xan Qacar sərkeşbaşı--ki, şaha çox müqərrəblərdən idi,--axundu qapıda əlibağlı görüb, soruşdu ki, bu kimdir? Cavabında dedilər: "Bu haman Molla Pənahdır ki, eşidibsiniz". Və haman dəm ağzını föhş və latayilata açıb, Molla Pənaha çox yaman föhşlər və itab-xitablər elədi. Axundi-biçarə ərz elədi ki, ey xani-əzimüş-şən, siz böyük şəxssiniz və padşahi-İranın mötəmidi və müqərrəbi-hüzurusunuz, layiq deyil ki, siz dəstgir və günahkar və müqəyyəd və giriftar və biçarə dərmandələrə yaman kəlmələr və föhşü hədyan sözlər buyurasınız. Sizin rütbə və məratibinizə şayistə budur ki, ətvar və əxlaqi-həsənə və köftar və rəftari-nəcibanə sizdən zühur eləsin və bu günə dərmandə, əsir və xayif olan acizlərə siz gərək dildarlıq verib, əltaf və mərhəmət və əfvü ətayə ümidvar qılasınız, nəinki şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub, dilazarlıq edəsiniz. Məhəmməd Hüseyn xan bu gunə əlamatdan əsla mütəəssir olmayıb yenə föhş və hədyanını ziyadələndirdi. Molla Pənah "hər ke dəst əz can beşuyəd, hər çe dər del darəd bequyəd" [3].
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-molla-penah-vaqif
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.
Asəf ŞirvaniAsəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:
Ağaismayıl ZəbihAğaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.
Cəfərqulu xan "Nəva" təxəllüsMərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.
Стихи других поэтов
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.