Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:

Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

Qarğa bəla və fəsadın törənməsini aclıqdan, göyərçin məhəbbətdən, ilan qəzəb və şərarətdən, maral qorxu və vahimədən görüb, hər birisi öz qövl və rəylərinin haqq və savab olmağına dəlil və dəlail gətirirlər. Abid bunların güftgularını eşidib deyir: Dünyada bəlanın zühura gəlməyinə səbəb bədəndir. Qəzəb və aclığın da, məhəbbətin də və qorxunun da mənbəyi və törənəcək yeri bədəndir. Bədən olmasa nə aclıq olar, nə məhəbbət olar, nə də qorxu.

Bu hekayədə L. Tolstoyun maralın dilindən söylədiyi sözləri oxuyanda bizim biçarə müsəlmanların halı yadıma düşdü. Maral deyir: "Əgər ürəkdə qorxu olmasa hər şey yaxşı olar, hər iş öz yolu və qaydası ilə gedər. Hərgah böyük yırtıcı heyvanlardan bizim üzərimizə hücum edəni olsa, bacararıq qaçıb ondan xilas olaq, çünki allah bizə tez qaçan ayaqlar veribdir. Xırda heyvanlar da bizə zərər yetirə bilməz. Onların dəfi üçün allah bizə buynuzlar mərhəmət edibdir. Amma nə eyləmək ki, canımız doludur qorxu ilə və bu qorxu bizə macal vermir ki, allah verdiyi alat və əsbəb ilə dəfi-məzərrət edək və nəfsimizi xof-xətərdən qurtaraq. Balaca bir səs eşidəndə bütün bədənimizə lərzə düşür, yarpaq kimi tir-tir əsirik, ürəyimiz döyünüb az qalır yerindən çıxsın, qəribə bir hala düşürük".

Hərgah maral bilsə ki, bu səs və şıqqıltı yel əsib kolu tərpətməkdən, yarpaqları biri-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o qorxmaz və qorxudan özünü dağa-daşa çırpmaz, əbəs yerə canını fövtə verməz.

Həmçinin hərgah bizim müsəlmanlar qorxub vahimə etdikləri şeylərin əsil və künhünü bilsələr, bilaşübhə onlardan qorxmazlar və bu qədər bəlalara və fəlakətlərə düçar olmazlar. Bunca əskiklik və ürək sıxıntısı çəkməzlər.

Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır!

Bu elmsizlikdən və avamlıqdan müsəlmanların ürəyinə qorxu bərk sirişt edibdir. Cəhl və nadanlıq onları cürətsiz, hünərsiz və bir növ üftadə, xar və zəlil edibdir.

Avamlığımızın ucundan vətənimizdə özümüzü qəriblər, evimizdə yadlar kimi saxlayırıq.

Əcnəbi tayfalardan və xarici millət və qövmlərdən bizim içimizdə olanları elm və mərifətləri sayəsində bizdən cürətli, rəşid, dilavər və zirək olurlar. Öz mülkümüzdə, öz yerimizdə və öz məskənimizdə bizə ağalıq edirlər, bizim mal və dövlətimizə sahiblik edirlər.

İngilis, firəng, alman və yəhudi və qeyriləri haraya getsələr, hansı məkan düşsə oranı özlərinə mütəəlliq yer hesab edib heç bir şeydən çəkinmirlər, heç kəsdən xof və ehtiyat etmirlər. Elm və bilik bir yandan, ev və məktəb tərbiyəsi başqa bir yandan onları cürətli, zirək, hünərli və hətta bir az həyasız və insafsız eləyir desək, səhv etmiş olmarıq.

Beş-on sənə bundan irəli "Kaspi" qəzetəsində qəribə bir əhval yazılmışdı. Bakı ilə Sabunçunun arasında işləyən poyezdlərin birisində bir kupedə üç nəfər şəxs Bakıyamı, Sabunçuyamı — dürüst xatirimdə deyil, — gedirlərmiş. Bunlardan birisi Qafqaz adamı və iki nəfəri: biri arvad və biri kişi, Avropa adamları imiş. Əsnayi-rahdə qafqazlı papiros qutusundan papiros çıxarıb istəyibdir çəksin, amma avropalı mane olub, xanımın hüzurunda papiros çəkmək ədəbsiz bir fel olduğunu ona işarə edibdir! Qafqazlı qızarmış, üzrxahlıq edib, çıxıb papirosu çöldə çəkib, sonra kupeyə daxil olanda görübdür ki, haman şəxs özü siğar çəkir. Bunu gördükdə təəccübanə ondan soruşubdur ki, siz mənim papiros çəkməyimə mane olub, özünüz nə haqq ilə xanımın hüzurunda siğar çəkirsiniz? Avropalı həqarətlə ona bir nəzər yetirib cavabında deyibdir: "Mənimlə sən bərabərmi oldun? Mən nəcib ingilis, sən dəni yerli". Bu cavabdan qafqazlı mütəğəyyiri-hal olub, "nəcib" ingilisə bir sillə vurmuşdu. Bu qəribə işin sonradan suda düşməyi qəzetədə mənim yəqinimdir ki, nəcib ingilisə sillə vuran yerli hər millətdən imişsə də müsəlman deyilmiş. Çünki bizlərdə o cürət və təəssüb yoxdur ki, haqqımızda icra olunan nifrət və etinasızlığa, zülm və təəddiyə mərdanə cavab verib, onları özümüzdən dəf edək, hüquq və ixtiyarımızı gözləyək, şən və izzətimizi, hörmət və ləyaqətimizi mühafizət qılaq.

Zülm və sitəmə, hər qisim ədalətsizliyə bizim kimi səbredici, tabgətirici, qəzasına razıolucu başqa bir tayfa tapılmaz. Müsəlman mərkəzlərində olan hansı bir uyezd naçalnikinin dəftərxanasına təşrif aparsanız, orada müsəlmanları, xüsusən, qara rəiyyət camaatını ziyanlıq mal kimi zar və zəbun bir halda görərsiniz. Bədəsturi-sud məhkəmələrin səhnində, silistçilərin qapısında, pristavların həyətində müsəlmanlar qoyun sürüsü kimi döşəniblər. Bunlardan çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. Birisinin cürəti yoxdur ki, divan əmələsindən öz təqsirini xəbər alsın, nə işin xatirəsi üçün dəvət olunmasını bilsin. Hamı üstündə ağalıq edir, hamıdan qorxub ehtiyat eləyir.

Allah ona ağıl da verib, baş da veribdir. Amma nə eyləmək, maralın canına çökən qorxu onun da canına çökübdür.

Şəhərlərdə dəxi müsəlmanların qorxaqlığı və kəmcürətliyi hər qədəmdə və hər məqamda müşahidə olunmaqdadır. Poçtxanalarda, teleqrafxanalarda, banklarda, xəzinələrdə, məhkəmələrdə, apteklərdə müsəlmanları cümlədən geridə məyus durub növbət gözləyən görərsiniz…. Gözəl vaxtın boş və hədər getməyinə heyfləri gəlmir. Əzbəs ki, vaxt onlara artıq lazım olası bir şey deyil. Onsuz da bilmirlər vaxtlarını nəyə sərf etsinlər. Heç olmasa burada gəlib gedənə tamaşa edirlər. Dəmir yollarda dəxi yazıq müsəlmanların başına konduktorlar gətirdiyi bəlanı allah heç kəsin başına gətirməsin.

Bu fəlakətlərin tamamisinə səbəb haman maralın canına sirişt edən qorxudur ki, biz müsəlmanların bədəninə də analarımızın südü ilə giribdir. Söz yoxdur ki, hər şeydən qorxan, həmişə qorxu altında ömrlərini çürüdən, dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsl əmələ gələcəkdir. "Maya budlu arvad gərəkdir ki, onlardan da mərbudlu oğlan doğsun". Hünərli, elmli və bacarıqlı və xüsusən, hürriyyət kəsb etmiş analar gərəkdir ki, onlar da hünərli, tərbiyəli, cürətli və bacarıqlı nəsl yetirsinlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əbülüla Gəncəvi

Şüərayi-mütəqəddimin Əbülülanı "Ustadi-şüəra" ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki onun şagirdləri olub, fünuni-şer və bəlağətdə ondan təlim almışlar. "Atəşkədeyi-Azəri"də Əbülülanın Gəncə əhli olmağı zikr olunubdur. Hicrətin altıncı əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində "Məliküş-şüəra" adlanırmış. Şirvan şahı və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzlü kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbinə onların seytü sədası hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqaninin və Fələkinin divan və əşarında məzkur paşahların maarifpərvər olmaqları tərif və tövsif olunmuşdur.Belə rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından mənsubdurlar. Əbülüla Xaqaniyə təlim və tərbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən məyus və mükəddar oldu. Onun xatirini də ələ gətirmək üçün Əbülüla min dirhəm qızıl ona bəzl elədi. Ustadi-şüəra hicrətin 560-cı sənələrində sağ imiş. Altıncı əsrin axırlarında Gəncədə vəfat etmişdir.

19253 мин
Əlişir Nəvai Əmir Nizaməddin

Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur.Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:

19259 мин
Gəncə

Gəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbiristanlıqlardan, əski təmiratın uçuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmişdir, onun üstündə çox qanlar tökülüb, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbəlalı Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamın yədi-təsərrüfünə düşmüşdür.Miladın yeddinci əsrində Gəncə erməni padşahlarından Tiqranın təhti-hökumətində ikən İran qoşunu onun üstünə hücum edib, əhalisini məğlub və şəhəri təxrib qılmışdır. Haman bu yeddinci əsrin əvaxirində Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmişdir. Tarixi-miladın 1138-ci sinəsində vüqui-zəlzələdən şəhər bilmərrə dağılıb, sabiqi yerindən qeyri bir məhəllə nəql olunmuşdur. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altıncı əsrində Gəncə yenə İran dövlətinə tabe olur və on yeddinci əsrin ibtidasında Şah Abbas Səfəvi şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İranzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin səy və ehtimamı və təmirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayidə, məmur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafında hücrələr tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məxarici üçün böyük və vəsi bir karvansara tikilib vəqf olunmuşdur.

19254 мин
İbrahim İbn Əliyyün-Nəccar Xaqani

Şirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir.Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir:

192524 мин

Стихи других поэтов