Страница 1 из 4

Şirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir.

Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir:

Mən Hoseyne-əsr, əduyan Yəzido Şemre-mən
Ruzeqarəm comle aşuravo Şirvan Kərbəlast. [1]

[1] Tərcüməsi:
Mən əsrin Hüseyniyəm, düşmənlərim isə Yezidim, Şimirimdirlər,
Günlərim aşura, Şirvan isə mənim üçün Kərbəladır.

Xaqaninin atası Əlinin nəccar olmağına bu şeri şəhadət verir:

Nuh nə bəs elm daşt,
Gər pedəre-mən bodi
Qəntəre bəsti ze elm
Bər səre-tufan u. [2]

[2] Tərcüməsi:
Nuhun o qədər də elmi yox idi,
Əgər mənim atam onun yerində olsaydı,
Onun tufanının üstündə
Elm ilə körpü bağlardı.

Həkim Xaqani, məşhur qövlə görə, əyyami-tüfuliyyətdən zəkavət, ağıl və dirayət sahibi olduğunu öz felü qövlü ilə izhar edirmiş və özünün də bir kəsdən və bir şeydən qorxusu yox imiş. Ziyadə cürətli, zirək və hazırcavab bir uşaq imiş. Belə rəvayət olunur ki, bir dəfə balaca İbrahim öz yoldaşları ilə kəndin ətrafında oynamağa məşğul ikən ittifaqən şah öz müqərrəbləri ilə haman yerdən keçib şikara gedirmiş. Uşaqlar şah təntənəsini və üstünün adamlarını gördükdə qorxudan qaçıb dağılıblar. Amma balaca İbrahim güzərgahda rast durub yerindən tərpənməyibdir. Uşağın belə cürətlə yol üstə durmağı şahın diqqətini cəlb edib. Atını ona sarı sürüb ondan soruşubdur ki, sən burada nə qayırırsan? Uşaq cavab veribdir ki, mən burada çör-çöp düşürürəm. Şah soruşubdur ki, çöp--çöpdür, bəs çör nədir? İbrahim cavab veribdir ki, çör--dik duranıdır, çöp--yıxılanı.

Uşağın belə cürətli və hazırcavab olmağı şahın xoşuna gəlib ondan soruşubdur ki, kəndinizdə böyük sayılan kimdir? Uşaq cavab veribdir ki, camış. Şah gülümsünmüş deyibdir ki, mən dediyim o böyük deyil. Mən dediyim odur ki, hərgah sizin kəndə özgə yerdən bir şəxs gəlsə, kim onun qabağına çıxıb söz danışar? Uşaq cavab veribdir ki, it. İbrahimin bu sayaq hazırcavablığı şaha dəxi də artıq xoş gəlib, istəyib ona bir qızıl bağışlasın, amma uşaq almayıbdır ki, atam məni döyər. Şah səbəbini soruşduqda İbrahim cavab verib ki, atam belə zənn elər ki, mən onu oğurlamışam. Şah buyurub ki, atan bunu haradan alıbsan--deyib xəbər alsa, cavab ver ki, şah bağışlayıbdır. İbrahim cavabında deyib ki, yox, atam onda heç inanmaz. Şah səbəbini soruşduqda İbrahim deyibdir ki, atam deyər ki, yalan deyirsən, əgər şah versə, çox verərdi, bir qızıl verməzdi. Bu gunə sual-cavabdan sonra şah balaca İbrahimin ağıl və fərasətini görüb əmr edibdir ki, onu gətirsinlər şəhərə. Burada--şahın sarayında təlim və tərbiyə alıbdır.

Bu rəvayətin nə dərəcədə mötəbər və doğru olduğuna bir söz deməyib, ancaq bunu inkar edə bilmirik ki, həkim Xaqani səbilikdən Şah Sultan Xəlilin sarayına düşüb, orada tərbiyə və təlim almışdır və hənuz cavan ikən şer deməklikdə artıq məharət büruz etmişdir. Şah Xaqaninin belə təbi-rəvan sahibi olduğunu müşahidə buyurub, onu "Fələki" təxəllüslü başqa bir tizfəhm və xoştəb, cavan şair ilə Gəncəyə--məşhur Əbülüla şairin yanına fünuni-şerdə təlim almaq üçün göndəribdir. Xaqani bir neçə müddət Əbülülanın təhti-tərbiyəsində qalıb və fünuni-şerdə lazimeyi-məlumat kəsb etdikdən sonra ustadının qızını alıbdır. Və bu qız aqilə və cəmilə olduğu üçün Fələki dəxi buna müştəri düşür, amma qız Xaqaniyə nəsib olur. Bundan sonra Xaqani vətəni Şirvana müraciət edib şahın hüzurunda böyük mənsəb sahibi olubdur.

Bəzi rəvayətə görə, Xaqani cahü rütbə axtaran və şöhrət sevən, qeyzli və tündməcaz bir vücud imiş ki, çox kəslərə ondan qövlən və felən zülm və cəfalar yetərmiş və xəlayiq onu dürüşt və bədxasiyyət olduğu üçün dost tutmazlarmış. Amma "Atəşkədeyi-Azəri"də belə rəvayət olunur ki, həkim Xaqani axirül-əmr tərki-riyasət və təcridi-ixtiyar qılıb, riyazət və mücahidəti-batinini özü üçün eyni-səlah görüb dövləti işlərdən dəstbərdar olmuşdur və səlatinə qulluq etməkdən boyun qaçırdığı üçün bir neçə müddət məhbus olmuşsa da, yenə divani xidmətləri qəbul etməmişdir. Və bir rəvayət də budur ki, Həccə gedib, övdətində Üzi adlanan bir qövmün əlinə əsir düşüb. Dini-məsihi qəbul etmək təklifi olunmuşdur və lakin Xaqani bu təklifi rədd etmişdir və bu səbəbdən bir monastrda həbs olunmuşdur. Hər halda bir xeyli vaxt məhbus qalıb və məhbusiyyəti haqqında əşarı vardır. Həccdən qayıdan zamanı İraqdan keçməklə bu xittələrin əhvalını öyrənib "Töhfətül-İraqeyn" ünvanı ilə bir kitab yazmışdır.

Bundan əlavə "Həft iqlim" ünvanı ilə bir mənzuməsi və mürəttəb bir divanı vardır. Və "Atəşkədə"də həkim Xaqaninin vəsfində yazılmış bu sətirləri təbərrükən burada zikr edirik: "…. və behəmrahiye-karavne-niyaze-rahnəvərd badiyeye-hicaz gəşte və məsnəviye--"Tohfətol-İraqeyn"ra dər ərze-rah benəzm avərde və əlhəq dər hiç fənn əz fonune-nəzm əz fohule-ostadan kəmtər nist. Dər fənne-soxənvəri tərze-xassi extera kərde sahebe-məaniye-bolənd və əlfaze-delpəsənd əst". [3]

[3] Tərcüməsi:

Ehtiyaç karvanının yoldaşlığı ilə hiçaz səhrasına getmiş və yolda "Töhfətül-İraqeyn"i nəzmə çəkmişdir. İnsafən, o, nəzm elmlərinin heç birində məşhur ustalardan əskik deyil. Söz sənətində o, xüsusi üslub ixtiraçısı, yüksək mənalar və ürəyə yatan ifadələrin sahibidir.

Belə rəvayət olunur ki, Xaqani ustadi-möhtərəmi olan qaynatasını incidib və bir həcv yazmaq ilə mükəddar və rəncidəxatir etmişdir. Əsirəddin Axsikəti ilə müasir olub, mükatibə təriqi ilə beynlərində bir çox müşairələr vüqu bulmuşdur və atidəki iki beyt Əsirəddin Axsikətiyə qarşı söyləmiş olduğu bir fəxriyyəsindəndir:

Be kerdqar ke doure-zəman pədid avərd,
Ke dour doure-mənəsto zaman zəmane-mənəst.
Mənəm bevəhye-məani peyəmbəre-şoəra--
Ke, moceze-soxən emruz dər bəyane-mənəst. [4]

[4] Tərcüməsi:
Zamanın dövranını yaradan allaha and olsun--
Ki, dövr mənim dövrümdür, zaman mənim zamanımdır.
Mənalar vəhyində şairlərin peyğəmbəri mənəm,
Çünki bu gün söz möçüzəsi mənim ifadəmdədir.

Xaqaninin vəfatı Təbrizdə olubdur, hicrəti-rəsulun 582-ci sənəsində və orada Sürxab adlanan məhəldə dəfn olunubdur. Çün şüəra silkindən cəmi-kəsir onun civarında mədfundur, ona binaən o yer "Məqbərə-tüş-şüəra" adı ilə məşhurdur ("Bahariyyat"ını dəxi Təbrizdə inşa qalıbdır). Xaqaninin asari-qələmiyyəsindən nümunə üçün burada onun günəşə xitabən yazdığı kəlamı zikr edirik:

Ey mohre-dəhane-ruzedaran,
Candaruye-ellate-bəharan.
Əz səhme-to dər neqabe-xəzra,
Məstureye-səd hezar rəna,
Əz feyze-to dər do qahvare,
Do henduye-tefle-şirxare,
Darəd ze to ruye-rumiyan ab,
Girəd ze to muye-zəngiyan tab.
Dibaçeye-rumra ze to rəng,
Aineye-zəngra ze to jəng,
Zər paşiyo naqoşade gənci,
Təb dariyo nakeşide rənci.
Gəh kousəre omre-zay başi.
Gəh atəşe-canqozay başi,
Ba anke berəhnegi gəzini,
Zərbəft dəhi behər ke bini.
Hər mah bepeyke-asemani,
Xələt dəhiyo va setani.
Ya xələ mədeh bezirdəstan,
Ya dadeye-xiş baz məstan.
Meyle-to berouzənəm çera nist,
Dər rouzənəm axər əjdəha nist,
Dər rouzəne-an yeki foruzi,
Kəz rouzəne-pəst yaft ruzi.
An nur ke bidəriğ bari,
Əz Xaqaniye-xod dəriğ dari.
An kəs ke bezər qəvist rəyəş,
Zərbənde şemoro zər xodayəş,
Dər kiseye-hər ke zər foru şod,
Çon kise tənab dər gəlu şod.
Zər çist ço atəşe-fesorde,
Xaki bimar bəlke morde.
Ləl ərçe şərareist xoşrəng,
Xunist fesorde dər dele-səng.
Mərd əz peye-ləl o zər nəpuyəd,
Tefləst ke sorxo zərd cuyəd. [5]

[5] Tərcüməsi:
Ey oruç tutanların ağzının möhürü,
Bahar xəstəliklərinin çan dərmanı,
Sənin qorxundan yaşıl niqabda
Yüz min gözəl gizlənmişdir. .
Sənin mərhəmətindən iki beşikdə
İki hindu südəmər uşaq var.
Rumluların üzü səndən su alır,
Zənçilərin saçı qıvrımlığını səndən alır,
Rum dibaçəsi, səndən rəng alır,
Zənçilərin guzgüsü səndən pas alır.
Xəzinə açmadan qızıl səpirsən,
Əziyyət çəkmədən qızdırırsan.
Gah ömür doğan bir gövsər,
Gah can yandıran od olursal.
Özün lutlüyu seçdiyin halda
Hər kəsi gördükdə, ona zərbafta verirsən.
Hər ay asimanın peykinə (aya)
Xələt verir və geri alırsan.
Ya əlinin altındakılara xələt vermə,
Ya da öz verdiyini yenidən alma.
Mənim bacama nə üçün meyl eləmirsən,
Mənim baçamda ki, əjdaha yoxdur!
Sən onun bacasını işıqlandırırsan--
Ki, aşağı baçada ruzu tapır.
Müzayiqəsiz yağdırdığın nuru
Öz Xaqanindən əsirgəyirsən.
O kəsin ki, qızıla meyli çoxdur,
Onu qızılın qulu say, qızılı onun allahı.
Hər kəsin ki, kisəsinə qızıl girdi,
Kisə kimi boğazına kəndir keçir.
Qızıl nədir? Sönmüş od kimidir,
Xəstə, ölü bir torpaq kimidir.
Ləl hərçənd ki, xoşrəng bir qığılçımdır,
Daşın qəlbində donmuş bir qandır.
Kişi qızıl və ləl ardınça qaçmaz,
O uşaqdır ki, qırmızı və sarı [rəngləri] sevər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qasım bəy "Zakir" təxəllüs

Qasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.

19251 ч 20 мин
Qarabağ-Şuşa şəhəri

Sabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.

19257 мин
Rafei

Bu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:Sən necə həmdəmsən, ey badi-səba,

19251 мин
Seyid Əbülqasım Nəbati

Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir:

192530 мин

Стихи других поэтов