Uca dağların başında
Uca dağların başında,Duman olu, çiskin olu.Qar yağıban girdə bağlar,Acı yellər əskin olu.
Bir igidin zatı olsa,Qolunun qüvvəti olsa,Meydan görmüş atı olsa,Zülfüqarı kəskin olu.
İgidə yoldaş olmasa,Bir qoşuna baş olmasa,“Hu” deyib savaş olmasa,Ağır leşglər basqın olu.
Alıcı quşlar əllərdə,Ovlağı olar göllərdə.Qərib igid yad ellərdə,Dinə bilməz, miskin olu…
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-olu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gündü bu
Mərd igidlər, dava günü gəlibdi,At sürüb meydana çıxan gündü bu.
HoyduDolun at belinə, qoç dəlilərim,Xotkarı taxtından endirən, hoydu!
Mənəmİstərəm ki, tanıyasan mən mərdi,Çəkib şəhərləri taladan mənəm,
Mənmi qocalmışam, ya zəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?