Ay həzarat, ay camaat,Ürək zərd oldu, zərd oldu!Genə namərdin sözləri,Cana dərd oldu, dərd oldu!

Dostumu atdım dumana,Rəqibi gəlsin yamana,Kor olsun belə zamana,Namərd mərd oldu, mərd oldu!

Koroğluyam, dərd hazaram,Adım dəftərə yazaram,Nə qədər səfil gəzərəm,Adım qurd oldu, qurd oldu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов