Sabir haqqında
"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.
Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.
1907-ci sənədə "Molla Nəsrəddin"in 10-cu nömrəsində Sabirin dərc olunmuş tərci-bəndi ki, bu sayaq başlanır:
Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə ziynətn-təndir;
Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyada əsarətlə bütün kam alırız biz!
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!--
-- dillərdə mədh ilə zikr olunurdu və məclislərdə əzbərdən oxunurdu. Sabirin təbində bir o qədər zəriflik və dilində elə bir lətafət var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür. Bizi dərin fikrə salan bizim bu qədər bihümmət, biqeyrət olmağımızdır, qədir bilməməyimiz və əmək itirməyimizdir. Hacı Seyid Əzimin dəstpərvərdəsi olan Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdə xəstə olub yatır. Amma biz onun yoxsulluğundan və ağır halda naxoşluğundan bixəbər və qafil oturmuşuq. Onun varlığı ilə yoxluğu halımıza xələl yetirmir, keyfimizi pozmur; bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və bu qədrnaşünaslıq deyilmi? İndi yenə də ürafa və əhli-qələmimizə ricu edib, xəstə şairimizə maddi kömək etməyi təmənna edirik və kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kocerli-sabir-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.
Fatimə xanım "Kəminə"Qarabağın üçüncü şaireyi-möhtərəməsi ismətməab Fatimə xanım "Kəminə" təxəllüsdür ki, səbiyyeyi-Mirzə Bəybaba vələdi-Əliyar bəydir[1].[1] Mirzə Bəybaba Əliyar bəy oğlu Fəna (1787–1867)--XIX əsr Azərbaycan şairi.
Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi""Beyti-xamuşan" üzvlərinin müqtədirlərindən birisi də Rzaqulu bəy oğlu Həsən bəy idi ki, "Həsən Qara" və "Hadi" təxəllüsü ilə məşhur idi. Onun türk və fars əşarü qəzəliyyatı çoxdur. Nümunə üçün bir türk qəzəli bu məcmuəyə daxil olundu:Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var,
Hacı Əbülhəsən RaciAzərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Təmam şod divane-mərhumol-məğfure-felan əleyhorrəhme behəsbe-fərmayeşe sərvəre-mokərrəm və məlazol-ekram Məşhədi felan və ya xeyrol-hace-felan ketabforuş və besəyo ehtemame-Kərbəlaye felan surəte-enteba pəziroft. Allahummə ənfəəhu bihə və licəmiil-moumenin"[1]i.a.[1] Tərcüməsi:
Стихи других поэтов
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,