Çağır məni
Nə zaman ki, bir həsrətdən yandı sinən,Nə zaman ki, yollar üstə dayandın sən,Nə zaman ki, gözlərindən uçdu röyan,Nə zaman ki, dara düşdü arzu dünyan,Nə zaman ki, dodağında dondu gülüş,Sənin üçün bir nağıla döndü gülüş,Nə zaman ki, itib getdi rahatlığın,Sinən üstə qəm qalandı yığın-yığın,Nə zaman ki, nəğmələrin kövrək oldu,Nə zaman ki, bir dərd bilən gərək oldu,Könlündəki dərdi, qəmi bölmək üçün,Gözündəki o yaşları silmək üçün,Çağır, ey dost, mən gələrəm olsam harda,Kəsə bilməz yolumuzu tufanlar da.Çağır ey dost, dar ayaqda sına məni,Bu həyatda, bu torpaqda sına məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-cagir-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könlüm istər bir yol salam,Yenə ellərdən-ellərə.
Bağların bar vaxtı gəlYazda gələ bilmədin,Bağların bar vaxtı gəl.
Bu ömür yolunda zarafat olmazBir odlu nəfəssən neyi dindirən,Bəs nədən könlümü dindirməyirsən.
Torpağın ürək döyüntüsüQış qaraldı, axşam qəribliyi çökdü sinəmə,Kövrəldim yaman.